Print

Sual cümləsi

2 Bəyənmə Şərh yazmaq

Sual məqsədi ilə işlədilən cümləyə sual cümləsi deyilir. Sual cümləsi məlumat almaq və ya hər hansısa bir məlumatı dəqiqləşdirmək məqsədi ilə işlədilir. Məsələn, Füzuli harada anadan olmuşdur? Azərbaycan cümhuriyyəti neçənci ildə yaranmışdır? O, bu gün məruzə edəcəkmi? Qızım, yenə Məryəmi niyə küsdürüb yola salmısan?

Sual cümlələri üç yolla yaranır:

  1.  Sual əvəzliklərı vasitəsilə yaranan sual cümlələri. Məsələn, Bu kişi haqqında nə bilirsiniz? Sənin adını kim qoyub? M.F.Axundzadə harada anadan olmuşdur?
  2. Sual ədatları vasitəsilə yaranan sual cümlələri. Məsələn, Sən də mi dönük çıxdın? Bəs sən bu gün  bizə gəlməyəcəksən? Məgər mənim sənə yaxşılığım dəyməyib?
  3. Yalnız sual intonasiyası vasitəsilə yaranan sual cümlələri. Bu sual cümlələrinin yaranmasında sual ədatları və sual əvəzlikləri iştirak  etmir. Məsələn, Sabah dərsə  gələcəksən? İmtahanınız sabah olacaq? Sən də mənim kimi sevinclisən?

Ədat və intonasiya ilə yaranan sual cümlələrinin cavabında ya həmin cümlələrin özlərini, ya da onların bir hissəsinit təkrar  etmək, yaxud da onlara bəli, yox, xeyr kimi təsdiq və inkar bildirən sözlərlə cavab vermək olar. Məsələn, Sən də mənim kimi sevinclisən? – Bəli, sevincliyəm. Bəs sən bu gün bizə gəlməyəcəksən? – Xeyr, gəlməyəcəm. Sual əvəzlikləri ilə yaranan sual cümlələrinə isə cavab üçün əvəzliyin yerinə onun tələb etdiyi sözü qoymaq lazımdır.

Sual cümləsinin sonunda sual işarəsi qoyulur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: