- Language Mag - https://language.az -

Əmr cümləsi, nida cümləsi

Əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edən cümlələrə əmr cümləsi deyilir.

Əmr cümləsinin xəbəri felin əmr şəkli ifadə olunur. Məsələn, Gəl, ört pəncərəni. Dünyanın etibarına inanma. O son sözlərin ağ bir yelkən olsun. Əmr  cümlələrinin yaranmasında əmr ədatları da iştirak edir. Məsələn, Qoy yatsın. Di sualıma cavab ver. Barı bir az oxusun. 

Əmr cümləsinin sonunda nöqtə qoyulur.

Nida cümləsi

Yüksək hiss- həyəcanla tələffüz olunan cümlələrə nida cümləsi deyilir. Məsələn,Of, bu nədir belə! Aman, kahin baba, ceyran qaçır ki! Bay,yuxum gəldi ki!

Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir. Nida cümlələri, əsasən, iki yolla yaranır:

  1. İntonasiya ilə yarananlar. Məsələn, Qalx, qalx, qalx, düşkün dünya! Nə yatmısan qoca vulkan səninləyəm!
  2. Nidaların vasitəsilə  yarananlar. Məsələn, Ah, bu nə iş idi başıma gəldi. Vay-vay, bu nə sözdü danışırsan!

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (104 votes)