Print

Sadə cümlə. Cümlə üzvləri

4 Bəyənmə Şərh yazmaq

Müstəqil leksik mənaya malik olan və cümlədə başqa sözlə (bəzən bir neçə sözlə) sintaktik əlaqəyə girən sözlər cümlə üzvü adlanır. 

Cümlə üzvləri bir sintaktik suala cavab verir  və firkin ifadə olunmasında müəyyən vəzifə daşıyırlar. Cümlə üzvləri həm mənaca, həm də qrammatik cəhətdən bağlı olur.

Yəni cümlə üzvləri leksik məna daşımalı, başqa bir sözlə, sintaktik əlaqədə olmalıdır.

Cümlədəki bütün sözlər cümlə üzvü ola bilməz. Hər hansısa  sözün cümlə üzvü olması üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa bir sözlə sintaktik əlaqəyə girməlidir.

Cümlə üzvləri əsas nitq hissələri ilə ifadə olunur. Mübtəda və tamamlıq vəzifələrində daha çox isim, təyin vəzifəsində sifət, say, zərflik vəzifəsində zərf, xəbər  vəzifəsində isə təsriflənən fellər işlənir. Əvəzlik isə əvəz etdiyi nitq hissəsinin vəzifəsində işlənir.

Cümlə üzvləri söz birləşmələri ilə də ifadə olunur.

Nitq hissələri ilə ifadə olunan cümlə üzvləri sadə, söz birləşmələri ilə ifadə olunan cümlə üzvləri isə mürəkkəb üzvlər adlanır.

Cümlə üzvləri iki qrupa bölünür: baş üzvlər, ikinci dərəcəli üzvlər. 

Baş üzvlər mübtəda və xəbərdən ibarət olub, cümlənin qrammatik əsasını təşkil edir. Mübtəda və xəbər cümlədə ifadə olunan fikrin əsas məzmununu bildirir.

İkinci dərəcəli üzvlər təyin, tamamlıq  və zərflikdən ibarətdir. Onlar baş üzvlərə aid olub, onları müxtəlif cəhətdən izah edir.

Cümlə təhil olunarkən cümlə üzvləri aşağıdakı şərti işarələrlə göstərilir:

  • mübtəda ——–
  • xəbər——–
  • tamamlıq————-
  • təyin——
  • zərflik———

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: