- Language Mag - https://language.az/az -

Say, tell və Speak sözləri arasında olan fərq

Əgər siz ingiliscə danışarkən Say, Tell və ya Speak sözlərinin düzgün işlənib-işlənməməsinə əmin deyilsinizsə, o zaman narahat olmağa səbəb yoxdur. Çünki siz bu mövzuda yeganə insan deyiliniz. Bu kiçik dərsimizdə siz bu üç söz arasında olan fərqi və düzgün işlədilməsi qaydalarını öyrənəcəksiniz.

Tell / Told

Tell (söyləmək) – hər hansısa “məlumatı kiməsə demək” mənasını bildiri – buna görədə tell (indiki zamanda) və  told (keçmiş zamanda) felindən sonra  hər zaman şəxs bildirən söz gəlməlidir.

Məsələn:

Say / Said

say (indiki zaman) və ya said (keçmiş zaman) ilə biz aşağıdakı strukturlarda işlədə bilərik:

  1.  say (something) – nəyisə demək
  2. say that (something)  – nəyisə de ki
  3. say (something) to (a person) – kiməsə nəyisə demək
  4. “(something)” a person said – kimsə nəyisə deyib

MƏSƏLƏN: 

  1. Francis says she doesn’t like chocolate.
    Fransis deyir ki, o şokoladı sevmir.
  2. I said that the new website design was great.
    Mən dedim ki, saytın yeni dizaynı çox yaxşıdır.
  3. What did the teacher say to you when you failed the test?
    Test imtahanı müvəffəqiyyətsizliyə
  4. “Nice to meet you,” Harry said.
    “Sizinlə tanış olmağıma şadam” Hari söylədi

İngilis dilində ən çox istifadə olunan 1-ci və 2-ci strukturlardır.

Aşağıdakı səhvi siz təkrarlamayın!
  • He said me that he had to leave. – səhvdir
  • He told me that he had to leave. – düzdür ∗

Speak / Spoke

Speak (indiki zaman) və spoke (keçmiş zaman) sözlərini hansısa dillərdə danışmaq və ümumi hansısa bir məsələ haqqında danışarkən istifadə olunur. Biz speak with (someone) və speak to (someone) formalarda istifadə edə bilərik.

Məsələn:

Speak with (someone) və speak to (someone) hallarında siz həmçinin  talk to və talk with formalarınıda istifadə edə bilərsiniz.

Lakin, dillərlə bağlı olduqda “talk” istifadə edilmir:

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

5/5 - (2 votes)