Print

Dərs 3.6 – Sərbəst önlüklü fellər

3 Bəyənmə Şərh yazmaq

LEKTİON 3.6 – die Verben mit freien Präpositionen

Sərbəst önlüklü fellər deyərkən nə başa düşülməlidir? Biz bu suala artıq 3.5 dərsimizdə cavab vermişik. Biz orada araşdıraraq

1. daimi önlüklü fellərin nə olduğunu,
2. hal tələb edən önlüklərin nə olduğunu,
3. sərbəst önlük tələb edən fellərin nə olduğunu

izah etdik. Amma hər ehtimala qarşı sərbəst önlük tələb edən fellərin nə olduğunu bir daha diqqətinizə çatdırıram.
Belə hallar halla da rastlaşmaq olur ki,

1. fel daimi önlüklü deyil
2. feldən Dativ halın sualını vermək olmur
3. feldən Akkusativ halın sualını vermək olmur

Bu zaman bilməliyik ki, bu fellər də önlük tələb edirlər. Amma bu önlüklər daimi önlüklər deyil. Felin işlənmə yerindən və ondan çıxış edərək verilən suallardan aıslı olaraq önlüklər də, hallar da dəyişilə bilər. Yəni belə demək olar ki, bu önlüklər sərbəst önlüklərdir. Çünki, öz məqsədimizdən və marağımızdan asılı olaraq biz onları dəyişə bilirik. Daimi önlüklü fellərdə isə nə önlüyü, nə də halı dəyişmək bizim istəyimizdən asılı deyil.

Sərbəst önlük tələb edən fellərin daha yaxşı anlaşılması üçün gəlin bir nümunə cümləyə müraciət edək.

1. Ich arbeite im Zimmer.
Mən otaqda işləyirəm.

2. Ich arbeite mit meinem Bruder.
Mən qardaşımla işləyirəm.

3. Ich arbeite bei einer Firam.
Mən bir firmada işləyirəm.

4. Ich arbeite von morgen bis abend.
Mən səhərdən axşamadək işləyirəm.

5. Ich arbeite auf dem Dach.
Mən evin damında işləyirəm.

6. Ich arbeite für einer Firam.
Mən bir firma üçün işləyirəm.

7. Ich arbeite wegen der Zufriedenheit meiner Familie.
Mən ailəmin əmin amanlığı naminə işləyirəm.

Fikir verirsinizsə eyni bir fellə müxtəlif cümlələrdə müxtəlif önlüklər və müxtəlif hallar işlədilir. Belə nümunələrin sayını biz istədiyimiz qədər artıra bilərik.

1-ci nümunədə:    in Dat.
2-ci nümunədə:    mit Dat.
3-cü nümunədə:   bei Dat.
4-cü nümunədə:   von Dat. bis Akk.
5-cı nümunədə:    auf Dat.
6-cı nümunədə:    für Akk.
7-ci nümunədə:    wegen Gen.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

5/5 - (1 vote)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: