- Language Mag - https://language.az -

Sadə cümlədə sözlərin sırası. Məntiqi vurğu

Azərbaycan dilində cümlə üzvlərinin müəyyən sıra ilə düzülüşü vardır. Müxtəsər cümlələrdə birinci mübtəda sonra isə xəbər gəlir. Məsələn, Həyat davam edir. Uşaqlar oynayırlar. Hava sərindir.

Geniş cümlələrdə isə mübtəda ilə xəbər arasına ikinci dərəcəli üzvlər daxil olur. Mübtəda əvvəl, tamamlıqlar mübtədadan sonra, yəni öəbərdən əvvəl, zərfliklər isə çox vaxt xəbərin yanında olur, xəbərdən əvvək işlənir. Təyin isə aid olduğu cümlə üzvünün qarşısında işlənir. Məsələn, Şagirdlər dünənki məsələni düzgün həll etmişdilər.

Cümlədə təyinin yerini dəyişmək mümkün deyil, çünki o, təyinolunanın əvvəlində işlənir.

Lakiin zərfliklər tamamlıqdan və mübtədadan əvvəl də işlənə bilir. Məsələn, Dünən biz böyük bir tədbirdə iştirak etdik.

Canlı danışıq dilində, şeirdə söz sırasının adi qaydadan kənara çıxmasına da təsadüf olunur. Məsələn, Danışır Bakı. Gəlin bura.

Cümlədə söz sırasının məqsədli şəkildə pozulmasına inversiya deyilir.

Cümlədə söz sırasının dəyişməsi məqsəddən asılı olaraq diqqəti müəyyən  cümlə üzvünə yönəltməklə əlaqədar ola bilər. Yəri dəyişilən söz çox vaxt xəbərin yanında işlənir və şifahi nitqdə qüvvətli vurğu altında deyilir. Məsələn,

Cümlədə üzvlərdən biriinin başqalarına nisbətən qüvvətli  tələffüz edilməsi məntiqi vurğu adlanır.

Cümlədə sözlərin sırasını dəyişmədən də ayrı – ayrı sözləri məntiqi vurğu ilə demək mümkündür. Məsələn,

Yazıda isə məntiqi vurğu altına düşən söz xəbərin yanında, ondan əvvəl işlənir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (13 votes)