Print

Ümumiləşdirici sözlər

120 Bəyənmə 7 Şərh

Həmcins üzvlərin hamısına aid olub, onları ümumiləşdirən söz ümumiləşdirici söz adlanır.

Ümumləşdirici söz həmcins üzvlərlə eyni qrammatik formada olur. O, həmcins üzvlərdən əvvəl və sonra işlənə bilir. Həmcins üzvlərdən əvvəl gələn  ümumiləşdirici sözdən sonra iki nöqtə, sonra  gələn ümumiləşdirici sözdən əvvəl tire qoyulur. Məsələn,

Hər yerdə: evdə, işdə, yolda bu fikir onu tərk etmirdi. Kişilər, qadınlar, qocalar, uşaqlar-  hamı bu adamı xoşlayırdı.

Bəzi hallarda ümumiləşdirici sözlərdən əvvəl bir sözlə, sonra isə yəni, məsələn sözləri işlədilir. Məsələn,

Bütün bitkilər, yəni: otlar, kollar, ağaclar qurumuşdu. Bu qurğuda müxtəlif yanacaq növləri, məsələn, benzin, qazoyl, kerosin alınır.

Vasif, Ramiz, Əhməd – bir sözlə, bütün qonşular burada idi.

Bəzən həmcins üzvlərdən sonra, ümumiləşdirici sözdən əvvəl bir sözlə tipli ara söz işlənir. Bu halda həmcins üzvlərdən sonra tire, belə sözlərdən sonra isə vergül qoyulur. Məsələn, Arvad, kişi, qoca, cavan – bir sözlə, hər kəs bacardığını eləyir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (71 votes)

Digər maraqlı məqalələrimiz

loading...

7 comments

Aylin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: