- Language Mag - https://language.az -

Həmcins üzvlərdə ixtisarlar. Xəbərin həmcins mübtədalarla uzlaşması

Həmcins üzvlərdə sonuncu saxlanılmaqla təkrar olunan bəzi sözdəyişdirici şəkilçilər və hissəciklər ixtisar oluna bilir. Sonuncuda saxlanılmaqla ixtisar olunan şəkilçilər aşağıdakılardır:

  1. Həmcins mübtədaların cəm şəkilçisi ixtisar edilir: Tədbir münasibətilə məktəbin salonunda müəllim(-), şagird(-) və digər işçilər  toplaşmışdılar.
  2. Həmcins tamamlıqların hal şəkilçisi ixtisar edilir: O, Lalə (-), Şəbnəm (-) və Elçini öxü ilə apardı.
  3. Həmcins xəbərlərdə şəxs şəkilçiləri ixtisar edilir: Sənəm səliqəli (-), çalışqan (-) və mehribandır.
  4. Həmcins xəbərlər tək olduqda, idi, imiş hissəcikləri, cəm olduqda isə hissəciyi və cəm şəkilçisi ixtisar edilir: O, oxuyur(-), oynuyur (-) və əylənirdi. İnsanlar çalışır (-), zəhmət çəkir (-) və bəhrəsini görürlər.
  5. Həmcins üzvlərdən sonra gələn ilə(-la, lə) qoşması ixtisar edilir: O, kitab(-), dəftər (-), qələmlə otağa daxil oldu.

Xəbərin həmcins mübtədalarla uzlaşması.

Həmcins mübtədalar həm müxtəlif şəxs əvəzlikləri ilə, həm də isimlərlə ifadə oluna bilir. Xəbərin həmcins mübtədalarla uzlaşması aşağıdakı kimidir:

  1. Müxtəlif şəxslərdə olan mübtədalardan biri I şəxsdə olduqda xəbər I şəxsin cəmində olur. Məsələn,

2.  Müxtəlif şəxslərdə olan həmcins mübtədalar arasında I şəxs yoxdursa,  həmcins mübtədalara II və III şəxslərdədirsə, xəbər II şəxsin cəmində olur. Məsələn,

3. Həmcins mübtədalar III şəxsdə olan sözlərlə (əvəzlik və isimlərlə) ifadə edildikdə xəbər də III şəxsdə olur. Bələ mübtədaların insanı, başqa canlıları və cansız  varlıqları bildirməsindən asılı olaraq, xəbər cəmdə də ola bilər, təkdə də. Məsələn, Alidə, Mahir və Samirə birlikdə kinoya getdilər. Bizim meşələrdə müxtəlif heyvanlar və quşlar yaşayır(lar). Şəhərdə yeni binalar, məkəblər, xəstəxanalar tikilir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (26 votes)