- Language Mag - https://language.az -

Bütöv və yarımçıq cümlələr

Cümlələr bütöv və yarımçıq olur. Fikrin ifadəsi üçün lazım olan bütün üzvlərin bilavasitə iştirak etdiyi cümləı bütöv cümlə adlanır. Məsələn, Mən dərsimi öyrənmişəm. Bizə qonaqlar gəlib. Şagirdlər şənlik edirlər. Malını yeməyənin malını  yeyərlər.

Bütöv cümlələrdə fikir aydın ifadə olunur. Bütöv cümlələrdə fikrin ifadəsi üçün olan hər bir cümlə üzvü iştirak edir. Məsələn, Sən bu gün kəndə gedirsən? Bütün gecəni gözümə yuxu getmədi. Günəşli və sərin bir səhər idi. Misallardan da göründüyü kimi bütün cüttərkibli və təktərkibi cümlələr bütöv cümlələrdir.

Bir və ya bir neçə üzvü buraxılan, lakin asanlıqla bərpa edilə bilən cümlələr yarımçıq cümlələr yarımçıq cümlələr adlanır.

Yarımçıq  cümlələr ən çox dialoqlarda işlənir. Yarımçıq  cümlələrdə həm baş üzvlər, həm də ikinci dərəcəli üzvlər, buraxıla. Məsələn,

Yarımçıq cümlələrdə buraxılan üzvləri nitq şəraiti iləmvə yaxud da əvvəlki üzvlərin köməyi ilə bərpa etmək mümkündür. Məsələn,

Bu cümlələrdən birincidə tamamlıq və xəbər, ikinci cümlədə isə zərfliklər və xəbər buraxılmışdır. Buraxılmış üzvləri danışıqda asanlıqla başa düşmək və bərpa etmək olur: Bunu mən deyirəm. Dünən məktəbdə Gülər növbətci idi.

Yarımçıq cümlələr daha çox dialoqlarda işlənir. Fikri qısa, sürətli, çatdırmaq, təkrara yol vərməmək məqsədi ilə işlədilir.

Yarımçıq cümlələr yazıda dialoqda verildikdə onlardan əvvəl tirə işarəsi qoyulur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (12 votes)