- Language Mag - https://language.az -

Xitablar. Azərbaycan dili

Bəzi cümlələrin tərkibində elə söz və söz birləşmələri olur ki, onlar qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur və həç bir sintaktik vəzifə daşımır, heç bir suala cavab vermir. Bunlara xitab və ara sözlər aiddir.

Cümlədə söylənilən fikrin  kimə müraciətlə deyildiyini  bildirən söz və ya söz birləşməsi xitab adlanır. 

Xitablar, əsasən, adlıq halda olan isimlərlə və ismi  birləşmələrlə ifadə olunur. Xitab isimləşən söz və söz birləşmələri ilə də ifadə olunur. Məsələn, Şair, nə tez qocaldın sən? Yox olsun başından duman, Təbrizim. Mənim balam, ağlama, hər şey yaxşı olacaq.

Xitablar nitqdə özünəməxsus intonasiya ilə fərqlənir.  Məsələn,

Xitablar, əsasən, insana aid sözlərlə ifadə olunur. Lakin  bədii dildə, şeirdə başqa canılara  və cansız əşyalara da aid xitablar işlədilir. Məsələn,

Xitablar ey, ay, a köməkçi vasitələrlə də işlənir. Məsələn, Ey insanlar, sözüm sizədir. Ay adam, kimsən? Səninləyəm, a bala, eşitmirsən?

Xitab ismin adlıq halında olduğu üçün mübtədaya oxşayır. Lakin onlar arasında  fərq odur ki, xitab cümlədə müraciət bildirir, xüsusi intonasiya ilə deyilir və fasilə ilə cümlənindigər üzvlərindən ayrılır. Mübtəda  isə cümlə üzvüdür. Xitablar  quruluşca sadə və mürəkkəb olur. Sadə xitablar nitq hissələri ilə, mürəkkəb xitablar isə söz birləşmələri ilə ifadə olunur. Məsələn, Dost, hardan gəlirsən? Şöhrətin yayılıb hər yana, ceyran! -sadə xitablar; Azərbaycan əsgəri, hünərlə döyüş! Vətən oğlu, bu torpaq səndən çox hünərlər gözləyir – mürəkkəb xitablar.

Xitablar müxtəsər və geniş də ola bilir. Bir sözdən ibarət olan xitablar müxtəsər, I növ təyini söz birləşmələrindən ibarət xitablar isə geniş xitablardır. Məsələn, Qızarmış, sevgilim, al yanaqların – müxtəsər; Əziz dost, yalnız sənə güvənirəm – geniş.

Xitablar cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir. Onların yerini dəyişdikdə  cümlənin məzmununa xələl gəlmir. Cümlənin əvvəlində işlənən xitabdan sonra intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi, cümlənin ortasında işlənən xitabın hər  iki tərəfində vergül, cümlənin sonunda işlənən xitabdan əvvəl vergül qoyulur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (201 votes)