Print

Bağlayıcısız tabesiz mürəkkəb cümlələr

5 Bəyənmə Şərh yazmaq

Bağlayıcılı tabesiz mürəkkəb cümlələrdə bağlayıcılar işləndiyi ücün onların məna əlaqələrini tapmaq asan olur. Bağlayıcısız tabesiz mürəkkəb cümlələr isə intonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələrdir. Buncümlələrin tərkib hissələri arasındakı məna əlaqəsini tapa bilmək üçün cümlələrin məzmununa və intonasiyasına fikir vermək lazımdır. Məsələn, Mən cəbhəyə getdim, o, cəbhədən qayıtdı – qarşılaşdırma əlaqəsi; Gecə  keçmiş, səhər açılmışdı – ardıcıllıq əlaqəsi. 

Məna və intonasiyadan asılı olan bu cəhəti bağlayıcıların iştirakı ilə də yoxlamaq olar. Yəni birinci cümləyə amma, ancaq yaxud da lakin, ikinci cümləyə isə və bağlayıcısını artırmaq mümkündür.

İntonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məsələn, Burada çox soyuqdur, Bakıda  isə bürküdən nəfəs almaq olmur. Evlər yanmış, var – yox talanmışdı 

Bəzi hallarda bağlayıcısız  tabesiz mürəkkəb cümlələrin sonuncu tərkib hissələri arasında bağlayıcısı işlənə bilər.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: