Qoşasaitli alınma sözlər [a] və ya [o] ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema və s.
U saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri və s.
Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif meyil, əsil, şeir və s.
Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet və s.
Əslində birhecalı olub, tələffüzdə çox zaman sonundakı iki samit arasına u və ya ü saiti artırmaqla deyilən sözlər iki cür yazılır: