Qoşasamitli sözlər iki yerə bölünür: eynicinsli qoşa samitlər, müxtəlifcinsli qoşa samitlər.
Eynicinsli qoşa samitlər:
- qq [k’q] – toqqa [tok’qa ], çaqqal [çak’qal], doqquz [dok’quzj, saqqal [sak’qal], tərəqqi [tərək’qi], nəqqaş [nək’qaş] və s.
- tt [td] – hətta [hətda], əlbəttə [əlbətdə], məəttəl [mə:tdəl], miittəhim [mütdəhim], ittifaq [itdifak], ittiham [itdiham], mürəttib [mürətdib] və s.
- pp [pb] – tappıltı [tapbıltı], guppultu [gupbultu], hoppanmaq [hopbanmax], şappıltı [şapbıltı] və s.
- kk [kg] – səkkiz [səkgiz], mütəkkə [mütəkgə], mürəkkəb [mürəkgəb], təfəkkür [təfəkgür], təşəkkür [təşəkgür], hikkə [hikgə], Məkkə [Məkgə] və s.
- yy [y] – vəziyyət [vəziyət], ədəbiyyat [ədəbiyat], xasiyyət [xasiyət], əziyyət [əziyət], qətiyyən [qətiyən], dövriyyə [dövriyə], ezamiyyət [ezamiyət], iqtisadiyyat [iktisa:diyat], maliyyə [maliyə], nəzəriyyə [nəzəriyə], səhiyyə [səhiyə], fərziyyə [fərziyə], hal-qəziyyə [hal-qəziyə] və s.
Bəzi sözlər yy ilə yazılır və [yy] ilə də tələffuz edilir: niyyət [niyyət], qəyyum [qəyyum], səyyarə [səyyarə] və s.
- İki sait arasında qoşa işlənən ll, dd, şş, ss,ff, cc samitli sözlərdə dəyişiklik baş vermir: güllə, addım, təəssüf təəccüb, yeddi, şəffaf və s.
- Təkhecalı sözlərin sonundakı qoşa samitlərin hər ikisi yazılır: xətt, həll, haqq,fənn, küll, həzz, hiss, qəşş, zidd və s. Belə sözlərə samitlə başlayan şəkilçi artırdıqda qoşa samitlərin biri düşür: sirlər, fənlər, haqlar və s.
Müxtəlifcinsli qoşa samitlər:
- Azərbaycan mənşəli sözlərin, demək olar ki, hamısında, ərəb-fars mənşəli sözlərin böyük bir qismində söz ortasında yanaşı gələn müxtəlif kar samitlərdən (pk, tk, şk, st, çk, kç və s.) ikincisi cingiltili tələffüz edilir: seçki, bitki, səpki, itki, təşkil, tiistü, döyüşkən, kiiskün, döşəkçə və s.
- nb birləşməsi [mb] kimi tələffüz olunur: mənbə, minbər, şənbə, zanbaq və s.
Lakin kömbə, kombinat, pambıq, kombayn, tramvay, qumbara, peyğəmbər, hambal sözləri [mb] ilə yazılır və tələffüz edilir.
- Üzr, üzv, sədr, rəhm, elm, qəsb, hökm və s. birhecalı almma sözlərə samitlə başlanan şəkilçi qoşulduqda üç saınit hərf yanaşı yazılır: üzrlü, üzvlük, sədrlik, rəhmli, elmsiz, qəsbkar, hökmdar. Bu sözlərin tələffüzü zamanı həmin samitlərin arasına sait artırılır. Məsələn, [üzürlü], [elimsiz], [sədirlik], [rəhimli] və s.