Print

Fonetik təhlil

198 Bəyənmə 8 Şərh

Sözün fonetik təhlili aşağıdakı kimi aparılır:

  1. Sözün səs və hərf tərkibi göstərilir.
  2. Sait səslər növlərinə görə təhlil olunur.
  3. Samit səslər növlərinə görə təhlil olunur.
  4. Sözün hecaları və vurğusu göstərilir.
  5. Sözdə ahəng qanununun gözlənilib gözlənilmədiyi göstərilir.

Sözdəki səslərin növlərə görə təhlili onun tələffüz şəkli iizərində, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində apardır.

Sözün fonetik təhlilinə onun düzgün tələffüz formasını göstərməklə başlamaq lazımdır. Bu vaxt məlum olacaq ki, sözün tələffüzündə bütün saitlər və samitlər iştirak edir yoxsa yox.

Fonetik təhlil nümunələri:

  1. Neftçi – [nefçi], 6 hərf, 5 səsdən ibarətdir.
    • [e]- incə, açıq, dodaqlanmayan saitdir;
    • [i] – incə, qapalı, dodaqlanmayan saitdir;
    • [n] – cingiltili samitdir, kar qarşılığı yoxdur;
    • [f] – kar samitdir, cingiltili qarşılığı [v] samitidir;
    • [ç] – kar samitdir, cingiltili qarşılığı [c] samitidir.

Sözün hecalan: neft-çi, vurğusu ikinci hecanın üzərinə düşür. Sözdə incə saitlərin ahəngi gözlənilmişdir.

  1. Usta – [usda], 4 hərf, 4 səsdən ibarətdir.
    • [u] – qahn, qapalı, dodaqlanan saitdir;
    • [a] – qalın, açıq, dodaqlanmayan saitdir;
    • [s] – kar samitdir, cingiltili qarşılığı [z] samitidir;
    • [d] – cingiltili samitdir, kar qarşılığı [t] samitidir.

Sözün hecaları: us-ta, vurğusu ikinci hecamn üzərinə düşür. Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir.

  1. Müəyyən – [mə:yyən], 7 hərf, 6 səsdən ibarətdir.
    • [ə] – incə, açıq, dodaqlanmayatı saitdir;
    • [m] – cingiltili samitdir, kar qarşılığı yoxdur;
    • [y] – cingiltili samitdir, kar qarşılığı [x’] samitidir;
    • [n] – cingiltili samitdir, kar qarşüığı yoxdur.

Sözün hecaları: mü-əy-yən, vurğusu sonuncu hecamn üzərinə düşür. Sözdə incə saitlərin ahəngi gözlənilmişdir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.9/5 - (173 votes)

Digər maraqlı məqalələrimiz

loading...

8 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: