Print

Budaq cümlələrin növləri. Mübtəda budaq cümləsi

25 Bəyənmə Şərh yazmaq

Budaq cümlələr baş cümləyə münasibətdə müxtəlif vəzifələr daşıyır. Bunlar təxminən cümlə üzvlərinin daşıdığı vəzifəyə uyğun gəlir. Bu baxımdan budaq cümlələr aşsğıdakı qruplara ayrılır:

  1. Mübtəda budaq cümləsi
  2. Xəbər budaq cümləsi
  3. Tamamlıq budaq cümləsi
  4. Təyin budaq cümləsi
  5. Zərflik budaq cümlələri:
  6. tərzi-hərəkət budaq cümləsi;
  7. yer budaq cümləsi;
  8. zaman budaq cümləsi;
  9. kəmiyyət budaq cümləsi
  10. səbəb budaq cümləsi
  11. məqsəd budaq cümləsi
  12. qarşılaşdırma budaq cümləsi
  13. şərt budaq cümləsi.

Mübtəda budaq cümləsi ya cümlənin olmayan mübtədası əvəzində işlənir, ya da baş cümlənin əvəzliklə ifadə olunan mübtədasını izah edir və mübtədanın suallarına (kim? nə?) cavab verir. Yəni mübtəda budaq cümləsi tabeli mürəkkəb cümlə tərkibində mübtəda funksiyası daşıyır.

Mübtəda budaq cümləsi əksər hallarda baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn, Onun dediyinən aydın oldu ki, (nə?) mən getməliyəm. Ürəyimdən keçirdi ki,(nə?) atam bizdə qalsın. Yadıma düşdü ki, (nə?) məktubu evdə qoymuşam.

Belə cümlələri sadələşdirərkən əvəzlik-əlib atılır, budaq cümlə tərkib şəklində onun yerində işlənir. Məsələn, Qız onu da bildirdi ki, bizimlə gəlməyəcək – Qız bizimlə gəlməyəcəyini bildirdi. 

Mübtəda budaq cümləsi baş cümlədən əvvəl də gələ bilir. Bu zaman o, baş cümləyə ismin müxtəlif hallarında işlənən kim (ki), hər kim (ki), hər kəs (ki) bağlayıcı sözləri  ilə bağlanır. Baş cümlədə mübtəda vəzifəsində qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn, Hər kim xəstəyə baş çəkmək istəyir, içəri keçə bilər. Kim ki özünə əziyyət verir, başını  bir təhər saxlayır. Hər kəs müəllimə diqqətlə qulaq asır, dərsi  sinifdəcə öyrənir. 

Baş cümləsi birinci gələn mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrin bir çoxu intonasiya ilə bağlanır.

Məsələn, Neçə gün idi, o gəlmirdi. Birinci dəfə idi,bura gəlirdi. 

Bağlayıcı sözlü mübtəda budaq cümlələrin xəbərlər-ində -sa- şəkilçisi  işlənə bilir. Məsələn, Kim bunun cavabını bilirsə, əlini qaldırsın. Kim bunu qırıbsa, cəzasını çəkəcək.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.1/5 - (19 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: