- Language Mag - https://language.az -

Sözün həqiqi və məcazi mənası

Sözün ilkin mənası onun həqiqi mənası adlanır. Sonradan qazandığı, törəmə mənası isə məcazi mənası olur. Məsələn, göz sözü adamın gözü, hər hansı canlının gözü ifadələrində əsas; bulağın gözü, yaranın gözü, gözə gəlmək, göz oxşamaq ifadələrində isə törəmə mənalardadır. Çoxmənalı sözün əsas mənası həqiqi, törəmə mənası isə məcazi şəkildə olur.

Aşağıda bir neçə sözün həqiqi və məcazi mənaları verilmişdir.

söz həqiqi mənada məcazi mənada
qızıl qızıl üzük qızıl payız
ağır ağır yük ağır xasiyyət
daş daş bina daş ürəkli
şirin şirin meyvə şirin söz
duman dumanlı hava dumanlı fıkir

Dilimizdə daha çox isim, sifət və fellərdə məcaziləşmə müşahidə olunur. Bədii əsərlərdə sözün məcazi mənalanndan daha geniş istifadə edilir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (2111 votes)