Print

Sinonimlər

568 Bəyənmə 17 Şərh

Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın leksik mənaları bildirən sözlər sinonimlər adlanır. Belə sözlər üç və üçdən daha çox oldaqda sinonimlər cərgəsi adlanır. Məsələn,

igid – cəsur – qəhrəman – qoçaq – qorxmaz
gözəl – qəşəng – göyçək – yaraşıqlı
vahid – bir – tək – yalqız – yegaırə
nəm-yaş -islanmış
gödək – alçaq – qısa
var – dövlət – sərvət

Sinonimlər iki yerə bölünür: mütləq sinonimlər, nisbi sinonimlər.

Mütləq sinonimlər hər zaman bir-birini əvəz edə bilir. Onlar bir sözün müxtəlif formalarla adlandırılması nəticəsində yaranır. Məsələn, eynak – çeşmək, bəxşiş – hədiyyə, dad – ləzzət və s. Belə sözlər dubletlər də adlamr.

Nisbi sinonimlər yaxın mənaları bildirir, onların nitqdə, söz birləşmələrində, cümlələrdə bir-birini tam əvəz edə bilməsi hər zaman mümkün olmur. Məsələn, «ürəyim ağrıyır» sözünün yerinə «könlüm ağrıyır» yaxud da «qəlbim ağrıyır» deyə bilmərik. Deməli, bunlar həmişə bir-birini əvəz edə bilmir, ona görə də bunlar nisbi sinonimlər adlamr.

Sinonimlər eyni bir nitq hissəsinə aid olur. Məsələn, yüksək, hündür, uca – sifət; ancaq, lakin – bağlayıcı; cahan, dünya, aləm – isimdir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (287 votes)

Digər maraqlı məqalələrimiz

loading...

17 comments

  1. Əladır mənim cox xoşuma gəldi həmi şagirdlərin həmin də müəllimlərin ehtiyacı olan bir dərsdir mən özüm Şagordəm və müəlliməm mənə sinonimlər haqqında nümunə vermisdi məndə sinonimlərə aid bir az nümunəni kitabda digər nümunələri isə bu səyifədən tapdın cox sağ olun ki bele islere əltırsınız. 💞👨

Alone Angel üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: