- Language Mag - https://language.az -

Umumişlək və ümumişlək olmayan sözlər

Dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa hölünür: ümumişlək sözlər ümumişlək olmayan sözlər.

Ümumişlək sözlər ixtisasından, savadından, yaşayış yerindən və s. asılı olmayaraq bütün adamlar tərəfındən gündəlik nitqdə işlədilən sözlərdir.

Azərbaycan dilində leksikanın böyük qismi ümumişlək sözlərdir, məsələn: ev, torpaq, oğul, qız, ata, ana, vətən, mağaza, gözəl, isti və s. Ümumişlək sözlər dilin lüğət tərkibinin əsasını təşkil edir.

Lakin Azərbaycan dilində elə sözlər də var ki, onlardan hər kəs öz nitqində istifadə etmir. Ümumişlək olmayan hu sözlərin leksik mənaları çoxları üçün müəyyən səbəblərdən aydın olmur. Belə sözləri aşağıdakı qruplara bölmək olar:

  1. Köhnəlmiş sözlər
  2. Yeni sözlər
  3. Terminlər
  4. Dialekt (şivə) sözləri

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (119 votes)