Print

Dərs 4.2 – İsimlərin cins kateqoriyası

11 Bəyənmə Şərh yazmaq

LEKTİON 4.2 – das Geschlecht der Substantive

Azərbaycan dilində isimlərin cinsindən danışılarkən yalnız bioloji cins, yəni yalnız canlı isimlər üçün “erkək” və“dişi” anlayışları başa düşülür. Alman dilində isə bir sıra digər dillərdə olduğu kimi canlı və cansız isimlər 3 cinsə bölünür:

1. kişi
2. orta
3. qadın

İsimlərin cinsini alman dilində artikl adlanan köməkçi sözlər göstərir. Artikllər ismin əvvəlində ondan ayrıca yazılaraq işlənir. Artikl nədir və hansı forma və qarmmatik paradiqmalara, yəni özünəməxsusluqlaraə malik olduğunu nəzərdən keçirək. Əvvəlcə ondan başlayaq ki, artikllər müəyyən və qeyri müəyyən olmaqla 2 yerə ayrılır:

MÜƏYYƏN ARTİKLLƏR

Müəyyən artikllər
hər bir cins üçün
t ə k d ə   
Müəyyən artikllər
bütün cinslər üçün
c ə m d ə
           
der
kişi cinsi
die
qadın cinsi
das 
orta cins
die
bütün cinslər üçün

 

Məsəl üçün

der Tisch – stol
der Kuli – diyircəkli qələm
der Wagen – avtomobil
der Student – tələbə
der Schüler – şagirddie Stadt – şəhər
die Post – poçt
die Nummer – nömrə, hoteldə otaq
die Schule – məktəb
die Tür – qapı

das Hotel – hotel, mehmanxana
das Zimmer – otaq
das Buch – kitab
das Heft – dəftər
das Kind – uşaq

Məsəl üçün

die Tische – stollar
die Kulis – diyircəkli qələmlər
die Wagen – avtomobillər
die Studenten – tələbələr
die Schüler – şagirdlərdie Städte – şəhərlər
die Posten – poçtlar
die Nummern – nömrələr, hoteldə otaqlar
die Schulen – məktəblər
die Türen – qapılar

die Hotels – hotellər, mehmanxanalar
die Zimmer – otaqlar
die Bücher – kitablar
die Hefte – dəftərlər
die Kinder – uşaqlar

QEYRİ MÜƏYYƏN ARTİKLLƏR

Qeyri müəyyən artikllər
hər bir cins üçün
t ə k d ə
            
Qeyri müəyyən artikl
c ə m d ə            
ein
kişi cinsi
eine
qadın cinsi
ein 
orta cinsi

                  mövcud deyil                  

 

Məsəl üçün

ein Tisch – stol
ein Kuli – diyircəkli qələm
ein Wagen – avtomobil
ein Student – tələbə
ein Schüler – şagirdeine Stadt – şəhər
eine Post – poçt
eine Nummer – nömrə, hoteldə otaq
eine Schule – məktəb
eine Tür – qapı

ein Hotel – hotel, mehmanxana
ein Zimmer – otaq
ein Buch – kitab
ein Heft – dəftər
ein Kind – uşaq

Məsəl üçün

 Tische – stollar
 Kulis – diyircəkli qələmlər
 Wagen – avtomobillər
 Studenten – tələbələr
 Schüler – şagirdlər Städte – şəhərlər
 Posten – poçtlar
 Nummern – nömrələr, otaqlar
 Schulen – məktəblər
 Türen – qapılar

 Hotels – hotellər, mehmanxanalar
 Zimmer – otaqlar
 Bücher – kitablar
 Hefte – dəftərlər
 Kinder – uşaqlar

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3/5 - (4 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: