Print

Dil və dilçilik. Dil haqqında. Yazı

41 Bəyənmə Şərh yazmaq

Dil nədir? Dilsiz inan yaşaya bilərmi? sualar insanları daim düşündürmüşdür. Daha sonralar insanlar bu fikrə gəlmişlər ki, dilsiz cəmiyyət ola bilmədiyi kimi, cemiyyət olmadan da dil yarana və yaşaya bilməz. Buradan aydın olur ki, dil insanlar  arasındakı ən mühüm ünsiyyət vasitəsidir. İnsanlar biri-birini dilin vasitəsilə anlayır, dilin vasitəsilə əlaqə saxlayırlar. Dil yalnız insan cəmiyyətində yarana bilər. Dil ancaq insana məxsusdur. Dil irqi və irsi cəhətlərlə bağlı deyil.

Dilin olması üçün bəşər cəmiyyətinin olması mütləqdir. Dil ancaq insanların bir-biri ilə sıx əlaqəsi zamanı yaranır. İnsanların bir-biri ilə əlaqə saxlamaları üçün toplu, kollektiv şəklində yaşamaları lazımdır. Göründüyü kimi,insan cəmiyyəti olan zaman dil meydana gəlir, deməli, dil ictimal hadisədir.

Dilin yaranması üçün insan orqanizminin  fizioloji cəhətdən müəyyən şəkildə olması lazımdır. İnsan orqanizminin şaquli şəklə düşməsi ilə danışıq üzvləri, səs aparatı, tələffüz formalaşır. Beləliklə, insan bədəninin şaquli vəziyyətdə olması, insanın əməklə məşğul olması, dilin və şüurun yaranması bütövlükdə ictimai prosesdir.

Yazı

İnsanlar səsli dillə yalnız müəyyən məsafədən ünsiyyət saxlaya bilirlər. Səsin eşidilməz olduğu yerdə isə dil öz əlaqə yaratmaq imkanını itirir. Yazı bəşəriyyətin  ən böyük  mədəni dəyərlərindəndir.

Yazı işarələr sistemdir. İndiki təsəvvürümüzdəki yazı birdən – birə yaranmamışdır. İndiki yazıda hər səs bir işarə ilə, yəni hərf ilə işarə olunur. Lakin ilk yazı hərflərdən ibarət olmamışdır. İnsanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olub. Hər hansısa fikri bir-birinə çatdırmaq üçün əşyalardan istifadə ediblər, bir – birlərinə əşyalar göndəriblər. Məsələn, İran hökmdarı Dara ulu babalarımız olan skiflərin üstünə hücum edərkən onlardan belə  bir məktub alır:

Skiflər bir qabda canlı quş, siçan qurbağa və 5 dənə ox göndərirlər. Farslar bu məktubu oxuya bilirlər: «Siz quş kimi göydə,  siçan kimi yerdə, qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə, canınızı qurtara bilməyəcəksiniz». 

Azərbaycan nağıllarında da bu cür yazılardan, əşyavi yazılardan istifadə olunur.

Bu yazı növündən sonra şəkli (piktoqrafık) yazı  yaranmışdır. Hansı əşyanı yazmaq nəzərdə tutulursa, onun şəkli çəkilirdi. Məsələn, yüksək gərginlikli elektrik şəbəkəsinin üstündə çəkilən kəllə şəkli piktoqrafik yazıya nümunə göstərilə bilər.

Daha sonra isə fikri (ideografik) yazı meydana çıxdı. Şəkli yazıdan sonra fikri yazıdan istifadə olunurdu.  Bu yazı növlərində oxşarlıq çoxdur. Şəkli yazıda hər hansı bir varlığın şəkli yalnız həmin varlığı ifadə edirsə, fikri yazıda isə şəkli  simvol, yəni rəmzi məna daşıyır. Məsələn, «günəş» işığı, «baş» düşüncəni bildirirdi. Nəqliyyat yolunda olan nida və yaxud da digər işarələr, işıqfordakı qırmızı, sarı, yaşıl rənglər ideoqrafik yazıya nümunədir.

Daha sonra isə riyaziyyat, dil dərslərində istifadə olunan işarələr, bayrağımızdakı rənglər, gərbdəki rəmzlər ideoqrafik yazıya aiddir. Yazının sonuncu növü olan hərfi (fonoqrafik) yazı ən çevik, ən mükəmməl yazı növüdür. Buna səs yazısı da deyirlər. Hərfi yazının ilk mərhələsində bir neçə səsi bir işarə ilə veriblər. Buna isə heca yazısı (sillabik  yazı) deyilir. Məsələn, qədim misirlilər, assuriyalılar heca  yazısından istifadə etmişlər.

Dünya dillərində, əsasən, heca yazısından  istifadə etmişlər.

Dünya dillərində, əsasən, heca yazısından istifadə edilir.

 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (32 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: