- Language Mag - https://language.az -

Dərs 4.7 – Alman dilində adlıq hal

LEKTİON 4.7 – der Nominativ 

Hal kateqoriyası nədir?
– Hal kateqoriyası dedikdə isimlərin müxtəlif hallarda olması başa düşülür.

İsimlər niyə müxtəlif hallarda olurlar?
– İsimlər müxtəlif hallarda olmasına alman dilində yalnız 2 (iki) səbəb var:

1. Fellər
2. Önlüklər

Alman dilində də bir çox dillərdə olduğu kimi hal kateqoriyası, yəni hallar vardır. Alman dilində cəmisi 4 (dörd) qrammatik hal mövcuddur:

1. Nominativ     –   Adlıq hal
2. Genitiv          –   Yiyəlik hal
3. Dativ             –   Yönlük hal
4. Akkusativ     –   Təsirlik hal

( DER NOMINATIV)
Nominativ hal dedikdə ismin dəyişilməyən, hallanmamış forması başa düşülür. Nominativ:  wer?  və ya  was? (uyğun olaraq  kim? və ya nə? suallarından birinə cavab verir.)

Cümlə üzvü kimi buna ismin “mübtəda” halı, yəni cümlənin mübtədası da deyilir. Biz isə bundan sonra dərslərimizdə bunu Subjekt adlandıracağıq.

Subjekt cümlədə hərəkəti icra edəndir. Yadda saxlayın ki, Subjekt dediyimiz isim ancaq və ancaq Nominativ halında olur.

Digər hallarda olan ismlər Objekt adalndırılır. Belə isimlər üzərində Subjekt hərəkəti icra edir.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (7 votes)