- Language Mag - https://language.az -

Nitq mədəniyyəti anlaşı. Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi.

Nitq mədəniyyəti ünsiyyət vasitəsini elmi əsaslarla öyrənir.

Məlum olduği kimi hər  hansı fonetik, leksik, qrammatik, eləcə də orfoqrafiq və orfoepik qayda-qanunları vardır.

Nitq mədəniyyətinin anlayışı. Nitq mədəniyyəti dedikdə hər şeydən əvvəl, filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını elmi əsasda öyrənən  sahəsi nəzərdə tutulur. Nitq mədəniyyəti anlayşından bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.

Nitq mədəniyyətinin konkret predmetini  müəyyənləşdirmək (məsələn, fonetika,qrammatika və s. predmeti kimi) çox çətindir və bu sahə bir növ predmetsiz sahədir.  Çünki burada bu və ya digər dil faktı, hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir.

Nitq mədəniyyəti dilçilik elminin praktik sahəsidir və filologiya elminin nəzəri göstəriciləri məhz nitq mədəniyyətində təcrübi  əhəmiyyət qazanır.

Nitq mədəniyyəti  milli mədəniyyətin tərkib hissəsidir. Millətin  mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün birinci növbədə aşağıdakılar tələb olunur:

  1. dilin özünün səmimiliyi, ifadə imkanlarının genişliyi ( Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu buna tam  imkan verir);
  2. həmin dildən istifadə edənlərin hazırlığı, yəni dilin səmimiliyindən, ifadə imkanlarının genişliyindən faydalanmaq vərdişlərinin inkişaf etməsi.

Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. 

Nitq mədəniyyətinin əsas şərtləri

  1. Nitqin düzgünlüyü
  2. Nitqin dəqiqliyi;
  3. Nitqin ifadəliyi.

O nitq forması düzgün hesab  olunur ki, orada dilin fonetik, qrammatik, leksik və s. qayda-qanunlarına əməl olunsun. Nitq mədəniyyətinin birinci şərti odur ki, nitq düzgün olmalidir. Məsələn, qapını vurmaq düzgün deyil, qapını döymək düzgündür.

Nitqin dəqiqliyi fiktin ifadəsi üçün tələb olunan sözü,ifadəni və ya cümləni tapmaqla müəyyən edilir. Məsələn, Qış gəlir düzgündür, ancaq dəqiq deyil. Qış düşür həm  düzgün, həm də dəqiqdir.

Nitqin  ifadəliliyi ən müvafiq, ən uğurlu dil vasitəsini tapıb işlətmək deməkdir. Nitqin ifadəliliyini onun dəqiqliyindən  fərqləndirmək çox da asan deyil. Məsələn, O, ömrünü boş-boşuna keçirdi cümləsi həm düzgün, həm də dəqiqdir, ancaq ifadəli deyil. O,ömrünü yelə verdi isə daha ifadəli və gözəldir.

Nitqin düzgünlüyü hamıdan tələb olunsa da, nitqin dəqiq olmsına hamı çalışsa da, nitqin ifadəliliyi, ilk növbədə, söz sənətkarlarına aiddir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (67 votes)