
Dilimizdə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi, sabit söz birləşməsi.
Sabit söz birləşməsinə frazeoloji birləşmələr də deyilir. Frazeoloji birləşmələr tərkibcə dəyişməz, bütövlükdə məcazi bir mənanı bildirən sabit söz birləşmələridir. Məsələn, dabanına tüpürmək (qaçmaq), dilini saxlamaq (susnıaq), yanıb tökülmək (heyifsilənmək), gözü su içməmək (inanmamaq), əldən düşmək (yorulmaq) və s. frazeoloji birləşmələrdir.
Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların bəzilərini bir sözlə əvəz etmək mümkündür. Məsələn, ağzına su alıb oturmaq – susmaq, başa salmaq – anlatmaq, yada salmaq – xatırlamaq və s. Frazeoloji birləşmələri təşkil edən sözlər iki və daha artıq ola bilər. Məsələn, qanı qaralmaq (2 sözdən ibarət), ürəyi ağzına gəlmək (3 sözdən ibarət), gözüm səndən su içmir (4 sözdən ibarət) və s.
Frazeoloji birləşmələr tərkib hissələrinə bölünmədən bütöv bir cümlənin üzvü olur. Məsələn, Müəllim dərsi uşaqlara başa saldı. Bu cümlədəki «başa saldı» birləşməsi cümlənin xəbəridir. Ağzına su alanlar (mübtəda) nəhayət dilləndilər.
Frazeoloji birləşmələr dəniz havası, məktəbin həyəti, yük maşını və s. kimi sərbəst söz birləşmələrindən fərqlənir, belə ki, bunların tərkibinə daxil olan sözlər öz həqiqi mənalarında işləndiyi halda, frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir, birlikdə müəyyən bir məcazi mənanı ifadə edir. Sərbəst söz birləşmələrindən fərqli olaraq sabit söz birləşmələrinin asılı və əsas tərəfı olmur. Onlar lüğətlərə daxil olur. Dilimizdə lüğətlərin növləri sırasmda frazeoloji lüğətlər də xüsusi yer tutur.
Frazeoloji birləşmələr də omonimlik, sinonimlik və antonimlik xüsusiyyətinə malikdir.
Frazeoloji omonimlərə misal olaraq aşağıdakıları göstərə bilərik: üz vermək, can vermək, işə düşmək, ürəyi yanmaq, söz vermək, cana gəlmək və s.
Frazeoloji sinonimlər eyni və yaxın mənalı birləşmələrdir. Məsələn, qulaq asmaq – qulaq vermək, özündən çıxmaq – hirsi başına vurmaq, ürəyi ağzına gəlmək – tükləri ürpəşmək, qılığına girmək – qəlbinə yol tapmaq, burnunu sallamaq – qaş-qabağı yer süpürmək, dərd çəkmək – qəm dəryasına qərq olmaq, acığı gəlmək – zəhləsi getmək və s.
Frazeoloji antonimlər isə bir-birinə əks olan birləşmələrdir. Məsələn, xoşu gəlmək – zəhləsi getmək, yada düşmək – yaddan çıxarmaq, dil-dil ötmək – ağzına su almaq, əlini ağdan qaraya vurmamaq — dəridən-qabıqdan çıxmaq və s.
ozunu itirmek,ureyinde qalmaq,canina velvele salmaq,soz elemek,ozunu tox tutmaq,gozjnu doymek,laga qoymaq,toy tutmaq.
Çox gözəl izah edilir 🤗👍🏻👍🏻
sumkayit seheri
ev 10 bina 4 qara qarayevin yaginliginda
salam necesen
men yagsiyam sen yaxsi ol
Beyendim😊☺.Sağolun👏✋
Əla yazıb. Çox xoşuma gəldi.
Əla
Ama sərbəst söz birləşmələri haqda geniş məlumat yoxdu
onu başqa veb sistemimidə tapa bilərsiz qandın
Barmaqla göstemek sabit söz birləşməsidi
Əla yaxşı izah edirsiz
Əla dostlar
Əla
Sağ olun . Dərsdən 5 aldım.
çooooox əla
Əladir