- Language Mag - https://language.az -

Leksik təhlil

Leksik təhlil aparılarkən aşağıdakılar göstərilir:

“Qələm”

  1. Leksik mənası — «yazı aləti».
  2. Həqiqi mənada işlənir.
  3. Omonim deyil, xüsusi isimdir.
  4. Sinonimi yoxdur.
  5. Antonimi yoxdur.
  6. Ümumişlək sözdür.
  7. Alınma sözdür.

“Qazanc”

  1. Leksik mənası – «gəlir».
  2. Həqiqi mənada işlənir. Müəyyən məqamlarda məcazi mənada da işlənə bilər.
  3. Omonim söz deyil.
  4. Sinonimləri «fayda, mənfəət» sözləridir.
  5. Antonimi «itki» sözüdür.
  6. Ümumişlək sözdür.
  7. Əsl Azərbaycan sözüdür.

“Mehriban”

  1. Leksik mənaya malikdir.
  2. Həqiqi mənada işlənir. Müəyyən məqamlarda məcazi mənada da işlənə bilir.
  3. Omonim söz deyil.
  4. Sinonimi “gülərüz, səmimi” sözləridir.
  5. Antonimi “qəddar” sözüdür.
  6. Ümumişlək sözüdür.
  7. Alınma sözüdür.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (83 votes)