- Language Mag - https://language.az -

Ümumi və xüsusi isimlər

İsimlər iki qrupa bölünür: ümumi isimlər, xüsusi isimlər. Ümumi isimlər eynicinsli əşyaların adını bildirir. Məsələn, kitab, ağac, ot, adam, ulduz, planet, balıq və s. Xüsusi isimlər tək olan varlıqların adını bildirir. Xüsusi isimlərə aşağıdakılar aiddir:

Xüsusi isimlərin sinonimi olmur. Cümlədəki yerindən asılı olmayaraq xüsusi isimlərin ilk hərfi böyük yazılır. Qəzet, jurnal, kitab, əsər, cəmiyyət, gəmi, kafe və s. adları dırnaq işarəsi içərisində yazılır.

Bəzi ümumi isimlər xüsusi isimlərə çevrilə bilir. Məsələn, şəfəq, sədaqət, ceyran, durna, sevinc və s. kimi ümumi isimlər ad bildirəndə xüsusi isim olur. Məsələn, Şəfəq, Sevinc, Sədaqət, Ceyran və s.

Xüsusi isimlər də ümumi ismə çevrilə bilir. Məsələn, Rentgen (alman alimi) rentgen (xüsusi şüalarla işıqlandınna), Badamlı (qəsəbə adı) – badamlı (mineral su) və s.

Vətən sözü ümumi isim olsa da, ölkənin adı əvəzində işlənərkən böyük hərflə yazılır. Məsələn, Biz Vətən (yəni, Azərbaycan Respublikası) qarşısında borcluyuq.

Yer, Ay, Günəş sözləri yalnız astronomik və coğrafi mənada işlənərkən böyük hərflə, qalan bütün hallarda isə kiçik hərflə yazılır. Məsələn: Ay və Yer birlikdə Giinəş ətrafında ildə bir tam dövr edirlər. Qızmar günəşin altında durmaq çətin idi. Təyyarə yerdən aralandı.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (534 votes)