
Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir:
- Iki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s.
İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır. Lakin mürəkkəb saylar və mürəkkəb fellər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək və s.
- Yaxın mənalı sözlərin birləşməsi ilə. Məsələn: dəftər-kitab, taxta-şalban, söz-söhbət, toyuq-cücə, qoyun-quzu və s.
Bəzi mürəkkəb sözlərin tərəflərindən biri ayrılıqda işlənməyən sözlərdən əmələ gəlir. Məsələn, kağız-kuğuz, çör-çöp, bəzək-düzək, əzik-üzük və s.
- Antonim sözlərin birləşməsi ilə. Məsələn: böyük- kıçik, az-çox, tez-gec, isti-soyuq, gecə-gündüz və s.
- Eyni sözün təkrarı ilə. Məsələn: tez-tez, az-az, gündən-günə, başdan-başa, üz-üzə, birdən-birə və s.
- Qeyri sözünün köməyi ilə. Məsələn: qeyri-adi, qeyri-təbii, qeyri-müəyyən, qeyri-səmimi, qeyri-dəqiq və s.
Yaxınmənalı sözlərdən, antonim sözlərdən, eyni sözün təkrarından və qeyri sözünün köməyi ilə yaranan mürəkkəb sözlər defislə yazılır.
Mürəkkəb sözləri söz birləşmələri ilə qarışdırmaq olmaz. Söz birləşmələri leksik vahid yox, sintaktik vahiddir və onun tərkibindəki hər sözün öz vurğusu olur. Söz birləşmələrinə daxil olan sözlər ayrı yazılır.
hd siz bayinsizsiniz
belədə
Hecde normal dir
👍👍👍👍👍👍👍👍👍👍
Bakı şəhəri Yeni yasamal albalı baxçanın yanı
Yaxşı saytdır bəyənirəm çox gözəl yazmısız çox vacib idi bunu yazmaq çox sağolun
Təşəkkür edirəm çox aydın yazılıb
♥️👌🏻
yaxsidi
Çox gözəl başa salmısan çox sağol
Ad bildiren mürəkkəb söz yoxdu ?
Çox sağ olun 😉👍🏻
Ela 👍
Çox sağolun izah üçün.
👍
əla
Sağ olun yaxşı başa salmısız
Çox sağ olun yaxşı başa salmısız
Başa düşdüm
Mürəkkəb sözlərin əmələ gəlməsi və yazılışı
Çox əladı 😘😘❤❤
Əla super 😍😍❤️❤️
❤️🧡💛💚💙💜🤍♥️💘💝💖💗💓💞💕💌💟❣️
Əladı
iyrenc