- Language Mag - https://language.az -

İsimlərin quruluşca növləri

İsimlərin quruluşca üç növü vardır: sadə, düzəltmə və mürəkkəb isimlər.

Sadə isimlər yalnız kökdən və ya bir kök və qrammatik şəkilçidən ibarət olur. Məsələn: ay, təpə, ağaclar, kitabdan və s. 

Düzəltmə isimlər söz köklərinə müxtəlif leksik şəkilçilər artırmaqla yaranır. Məsələn: at – atlı, avam – avamlıq, sür — sürücü, arı – arıçılıq və s. Düzəltmə isimlər ən çox isimlərin özlərindən və fellərdən düzəlir.

İsimdən düzəltmə isim düzəldən şəkilçilər aşağıdakılardır:

-lıq4 şəkilçisi başqa nitq hissələrindən (xüsusilə sifətlərdən) də isimlər düzəldir. Məsələn: ağırlıq, yüngüllük, zəriflik, birlik, mənlik və s.

Feldən isim düzəldən şəkilçilər aşağıdakılardır:

Mürəkkəb isimlər bir neçə kökdən ibarət olur. Mürəkəb isimlər aşağıdakı kimi yazılır:

  1. Müxtəlif mənalı iki sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bir vurğu ilə deyilir və bitişik yazılır. Məsələn: kəklikotu, quzuqulağı, ayaqqabı, ağacdələn və s.

  2. Yaxın mənalı sözlərdən və antonim sözlərdən əmələ gələn mürəkkəb isimlər, eləcə də tərəflərindən biri ayrılıqda işlənməyən və heç bir məna bildirməyən mürəkkəb isimlər defislə yazılır. Məsələn: qoyun-quzu, taxta-şalban, söz-söh- bət, gecə-gündüz, dost-düşmən, kağız-kuğuz, çör-çöp, uşaq-muşaq və s.

  3. Bəzi mürəkkəb isimlər eyni fel kökünün ha, a bitişdiriciləri vasitəsilə təkrarından əmələ gəlir və bitişik yazılır. Məsələn: gəlhagəl, gethaget, vurhavur, basabas və s.

  4. Bəy, xanım, ağa, xan, şah tipli sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda bitişik yazılır. Məsələn: Atabəy, Qızxanım, Gülümşah, Ağaxan və s. Həmin sözlər titul, rütbə, ləqəb bildirdikdə, yaxud hörmət mənasında işləndikdə ayrı yazılır. Məsələn: Üzeyir bəy Hacıbəyov, Məhsəti xanım, Fətəli xan və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (72 votes)