Print

İsimlərin quruluşca növləri

232 Bəyənmə 10 Şərh

İsimlərin quruluşca üç növü vardır: sadə, düzəltmə və mürəkkəb isimlər.

Sadə isimlər yalnız kökdən və ya bir kök və qrammatik şəkilçidən ibarət olur. Məsələn: ay, təpə, ağaclar, kitabdan və s. 

Düzəltmə isimlər söz köklərinə müxtəlif leksik şəkilçilər artırmaqla yaranır. Məsələn: at – atlı, avam – avamlıq, sür — sürücü, arı – arıçılıq və s. Düzəltmə isimlər ən çox isimlərin özlərindən və fellərdən düzəlir.

İsimdən düzəltmə isim düzəldən şəkilçilər aşağıdakılardır:

  • -çı4: balıqçı, üziimçü, çəkməçi, traktorçu və s.
  • -lıq4: dağlıq, ağaclıq, dərzilik, qonşuluq və s.
  • -ça2: meydança, bağça, döşəkçə, dəftərçə və s.
  • -daş: əməkdaş, vətəndaş, yoldaş və s.
  • -stan (-istan): Gürciistan, Qobustan, Özbəkistan və s.

-lıq4 şəkilçisi başqa nitq hissələrindən (xüsusilə sifətlərdən) də isimlər düzəldir. Məsələn: ağırlıq, yüngüllük, zəriflik, birlik, mənlik və s.

Feldən isim düzəldən şəkilçilər aşağıdakılardır:

  • -ış4: baxış, gəliş, duruş, görüş və s.
  • -tı4: çığırtı, göyərti, qızartı və s.
  • -ma2: bölmə, vurma, düzəltmə, süzmə və s.
  • -aq2, -q, -k: qaçaq, yataq, daraq, ələk və s.
  • -qı, -ğı, -qu, -ğu, -ki, -gi, -kü, -gü: basqı, çalğı, pusqu, vurğu, səpgi, sərgi, sürtkü, bölgü və s.
  • -ıntı4: tikinti, sıxıntı, yağıntı, döyüntü və s.
  • 4: çəki, sancı, ölçü, qorxu və s.
  • -ıq4: cızıq, yaraşıq, örtük, bilik, buruq və s.
  • -ğac, -gəc: süzgəc, tutğac və s.
  • -ım4: biçim, yayım, ölüm, qurum, deyim və s.
  • -ıcı4: dinləyici, satıcı, sürücü, bağlayıcı və s.
  • -cə: əyləncə, düşüncə və s.
  • -c: qazanc, tıxac, giivənc və s.
  • -ar2: dəyər, çapar, yazar, kəsər, açar və s.
  • -gə: döngə, süpürgə, bölgə və s.
  • -ın4: axın, biçin, səpin və s.

Mürəkkəb isimlər bir neçə kökdən ibarət olur. Mürəkəb isimlər aşağıdakı kimi yazılır:

  1. Müxtəlif mənalı iki sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bir vurğu ilə deyilir və bitişik yazılır. Məsələn: kəklikotu, quzuqulağı, ayaqqabı, ağacdələn və s.

  2. Yaxın mənalı sözlərdən və antonim sözlərdən əmələ gələn mürəkkəb isimlər, eləcə də tərəflərindən biri ayrılıqda işlənməyən və heç bir məna bildirməyən mürəkkəb isimlər defislə yazılır. Məsələn: qoyun-quzu, taxta-şalban, söz-söh- bət, gecə-gündüz, dost-düşmən, kağız-kuğuz, çör-çöp, uşaq-muşaq və s.

  3. Bəzi mürəkkəb isimlər eyni fel kökünün ha, a bitişdiriciləri vasitəsilə təkrarından əmələ gəlir və bitişik yazılır. Məsələn: gəlhagəl, gethaget, vurhavur, basabas və s.

  4. Bəy, xanım, ağa, xan, şah tipli sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda bitişik yazılır. Məsələn: Atabəy, Qızxanım, Gülümşah, Ağaxan və s. Həmin sözlər titul, rütbə, ləqəb bildirdikdə, yaxud hörmət mənasında işləndikdə ayrı yazılır. Məsələn: Üzeyir bəy Hacıbəyov, Məhsəti xanım, Fətəli xan və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (69 votes)

Digər maraqlı məqalələrimiz

loading...

10 comments

Defne üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: