Print

İsmin mənsubiyyətə görə dəyişməsi

180 Bəyənmə 10 Şərh

İsimlər şəkilçilərin köməyi ilə mənsubiyyətə görə dəyişə bilir. Məsələn: (mənim) qələmim, (sənin) qələmin, (onun) qələmi, (bizim) qələmimiz, (sizin) qələminiz, (onların) qələmi.

Əşyanın hansı şəxsə mənsub olduğunu bildirən qrammatik şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri aşağıdakılardır:

I şəxs tək -ım4, -m
cəm -ımız4, -mız4
II şəxs tək -ın4, -n
cəm -ınız4, -nız4
III şəxs tək  -ı4, -sı4
cəm 4, -sı4

Üçüncü şəxsin təkində və cəmində eyni mənsubiyyət şəkilçiləri işlənir. I və II şəxslərə aid mənsubiyyət şəkilçiləri əşyanın, əsasən, insana mənsubluğunu, III şəxs mənsubiyyət şəkilçisi isə əşyanın təkcə insana deyil, başqa əşyalara mənsubluğunu da ifadə edir. Bütün hallarda mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər özündən əvvəl gələn yiyəlik halda olan isim və ya əvəzliklə bağlı olur.

Məsələn:

I şəxs III şəxs
mənim kitabım
bizim kitabımız

II şəxs

sənin kitabın
sizin kitabınız

onun kitabı
onların kitabı
dostumun kitabı
Aqilin kitabı
ağacın budağı
kitabın vərəqi

Cəmdə olan isimlər də mənsubiyyət şəkilçiləri ilə işlənə bilir. Məsələn:

qələm-lər-im qələm-lər-imiz
qələm-lər-in qələm-lər-iniz
qələm-lər-i qələm-lər-i

Dilimizdə saitlə bitən bəzi alınma sözlərin (tale, mənbə, mənşə, mövqe, mənafe) qəbul etdikləri mənsubiyyət şəkilçiləri bir qədər fərqlənir. Bu sözlərdə mənsubiyyət şəkilçisinin əvvəlində y samiti işlənir. Məsələn:

mövqe-yim mənafe-yim
mövqe-yin mənafe-yin
mövqe-yi mənafe-yi
mövqe-yimiz mənafe-yimiz
mövqe-yiniz nıənafe-yiniz
mövqe-yi mənafe-yi

Mənsubiyyət şəkilçisi qəbul etmiş isim hallana bilir. Məsələn:

kitabım kitabı
kitabımm kitabımn
kitabıma kitabına
kitabımı kitabını
kitabımda kitabında
kitabımdan kitabından

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

10 comments

    1. Salam.Bu çox rahatdır.Azərbaycanca istədiyiniz cümlələri və ya sözləri yazırsınız.Sonra avtomatik olaraq sizə ingiliscə tərcüməsi gələcək.Və yaxud da ingiliscə söz və ya cümlə yazıb onun tərcüməsini öyrənəcəksiniz.Burada təkcə ingilis dilindən tərcümə yoxdur.Burada rus dilindən də tərcümə edə bilərsiniz.Mən bir ildir ki buradan istifadə edirəm və çox rahatdır🤗🤗😘😘

  1. Salam.Bu çox rahatdır.Azərbaycanca istədiyiniz cümlələri və ya sözləri yazırsınız.Sonra avtomatik olaraq sizə ingiliscə tərcüməsi gələcək.Və yaxud da ingiliscə söz və ya cümlə yazıb onun tərcüməsini öyrənəcəksiniz.Burada təkcə ingilis dilindən tərcümə yoxdur.Burada rus dilindən də tərcümə edə bilərsiniz.Mən bir ildir ki buradan istifadə edirəm və çox rahatdır🤗🤗😘😘

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: