Print

İsmin hallanması

213 Bəyənmə 7 Şərh

İsimlər cümlədə başqa nitq hissələri ilə əlaqəyə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişir. İsmin belə dəyişməsi onun hallanması adlanır.

İsmin altı halı vardır. Bu halların adları, sualları və şəkilçiləri aşağıdakı kimidir:

Halların adları Suallan Şəkilçiləri
Adlıq (A) kim? nə? hara?
Yiyəlik (Y) kimin? nəyiıı? haranın? (nə?) -ın4 (-nın4)
Yönlük (Yn) kimə? nəyə? haraya? -a2 (-ya2)
Təsirlik (T) kimi? nəyi? haranı? (nə?) 4 (-nı4)
Yerlik (Yer) kimdə? nədə? harada? -da2
Çıxışlıq (Ç) kimdən? nədən? haradan? -dan2

Adlıq hal

Adlıq halın şəkilçisi yoxdur. Kim? nə? hara? suallarından birinə cavab verir. Adlıq halda olan sözlər cümlədə mübtəda və xəbər vəzifəsində çıxış edə bilir. Bu hal sözün başlanğıc formasına uyğun gəlir. İsimlər adlıq halda cəm, mənsubiyyət və xəbərlik şəkilçiləri ilə işlənə bilir. Məsələn: bacım (kim?), kitablar (nə?), qapıdır (nədir?) və s.

Adlıq halda olan sözlər cümlədə xitab kimi də işlənə bilir. Məsələn: Zəhra, sabah dərsə gələcəksən? Qonaqlar, gəldiyinizə görə çox sağ olun.

Yiyəlik hal

Yiyəlik halda işlənən isim yiyəlik, sahiblik, aidlik mənalarını bildirir və cümlədə özündən sonra gələn mənsubiyyət şəkilçisi qəbul etmiş başqa bir isimdən asılı olur. Məsələn, Kitabın vərəqi cırılmışdı. Otağın qapısı açıq idi.

Yiyəlik halın iki forması var:

  1. Müəyyənlik bildirən yiyəlik hal;
  2. Qeyri-müəyyənlik bildirən yiyəlik hal.

Müəyyənlik bildirən yiyəlik hal -ın4 (-nın4) şəkilçisi ilə işlənən formadır, kimin? nəyin? haranın? suallarından birinə cavab verir və sahiblik, yiyəlik məzmununu konkret olaraq bildirir. Məsələn: kitabın səhifəsi, bağın meyvəsi və s.

Qeyri-müəyyənlik bildirən yiyəlik halın şəkilçisi yoxdur və nə? sualına cavab olur, sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: dəftər vərəqi, maşın təkəri, el gücü, atalar sözü və s.

İsmin adlıq və qeyri-müəyyənlik bildirən yiyəlik halları formaca bir-birindən fərqlənməsə də, onların qrammatik mənaları başqadır. Yiyəlik halın qeyri-müəyyən formasında olan ismi müəyyən formada da işlətmək mümkün olur. Məsələn: Su (suyun) şırıltısı əsəbləri sakitləşdirir. Lakin bəzi sözlər var ki, onları müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillk günü, istirahət günü və s.

Müəyyənlik bildirən yiyəlik hal bəzi hallarda ayrılıqda işlənir və bu vaxt cümlənin xəbəri olur. Məsələn: Kitab Uğurundur. Qeyri-miiəyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.

Qeyri-müəyyənlik bildirən yiyəlik halda işlənən isim ikinci, müəyyənlik bildirən yiyəlik halda işlənən isim isə üçüncü növ təyini söz birləşməsinin əsas tərəfı olur. Cümlədə belə söz birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn: Dağ havası (mübtəda) xəstəyə xeyirli oldu. Sözün düzü (mübtəda) acı olur.

Yönlük hal

Yönlük hal hərəkətin yönünü, istiqamətini və ya son nöqtəsini bildirir. Yönlük hal a, ə şəkilçisi vasitəsilə yaranır. Kimə? nəyə? haraya? sullarından birinə cavab verir. Saitlə bitən sözlərdə bitişdirici y samitindən istifadə edilir. Məsələn: anaya, gəmiyə, ölkəyə və s.

Yönlük halda olan sözlər cümlədə, əsasən, vasitəli tamamlıq və yer zərfliyi vəzifəsini daşıyır.

Təsirlik hal

Təsirlik hal hərəkətin obyektini, yəni hərəkətin hansı əşya üzərində icra olunduğunu bildirir. İsmin təsirlik halı iki yerə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal. Müəyyənlik bildirən təsirlik hal 4 (-m4) şəkilçiləri ilə işlənir və kimi? nəyi? (bəzən isə haranı?) suallarmdan birinə cavab verir. Məsələn: Məktubu (nəyi?) oxudum. Hüseyni (kimi?) atası çağırdı.

Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənərək nə? sualına cavab verir. Məsələn, Məktub (nə?) göndərdim. Pişik süd (nə?) içir.

Qeyri-müəyyənlik bildirən təsirlik hal nə? sualma cavab verdiyi və şəkilçisiz işləndiyi üçün ismin adlıq halına oxşayır, onları fərqləndirmək üçün aşağıdakıları bilmək lazımdır:

  1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal formasında işlətmək lazımdır, yəni sözə 4 (-nı4) şəkilçisi artırmaq lazımdır, bu zaman sözün adlıq halda olmadığı ortaya çıxacaq. Məsələn: Anar alma (alma- nı) dərir. Sevgi kitab (kitabı) oxuyur.
  2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin söz müəyyənlik bildirəcək. Məsələn: Sevda dostuna kitab verdi – Sevda kitabı dostuna verdi.
  3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözün əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin ismin təsirlik halda olduğu bilinir. Məsələn: Uşaq qələm götürdü — Uşaq bu qələmi götürdü.
  4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirən hal kimi təsirli fellərlə bağlı olur. Ancaq adlıq halda olan və nə? sualına cavab verən isim isə bəzi hallarda təsirsiz fellərlə və ya ismi xəbərlərlə bağlı olur.

Təsirlik halda qeyri-müəyyənlik bildirən ismi müəyyənlik bildirən isim kimi də işlətmək olur. Məsələn: Mən kitab (kitabı) oxudum.

İsmin təsirlik halı yalnız təsirli fellərlə işlənir.

Təsirlik halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.

Yerlik hal

Yerlik hal əşyanın və ya hərəkətin yerini bildirir. -da2 şəkilçisi vasitəsilə yaranır. Kimdə? nədə? harada? suallarından birinə cavab verir. Məsələn: həyətdə, stulda, anamda və s.

Yerlik halda olan sözlər cümlədə vasitəli tamamlıq, yer zərfliyi və ismi xəbər vəzifəsini daşıyır.

Çıxışlıq hal

Çıxışlıq hal hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir və mənasına görə yönlük halın əksini ifadə edir. -dan2 vasitəsilə yaranır, kimdən? nədən? haradan? suallarından birinə cavab verir. Məsələn: məktəbə (yn. hal) – məktəbdəıı (ç. hal).

Çıxışlıq halda olan sözlər cümlədə vasitəli tamamlıq, yer zərfliyi və ismi xəbər vəzifəsini daşıyır.

Bütün isimlər, eləcə də kəmiyyət və mənsubiyyət şəkilçisi ilə işlənən vəziyyətdə hallana bilir.

Adlıq kitab kitablar kitabım kitablarım
Yiyəlik kitabın kitabların kitabımın kitablarımın
Yönlük kitaba kitablara kitabnna kitablarıma
Təsirlik kitabı kitabları kitabımı kitablarımı
Yerlik kitabda kitablarda kitabımda kitablarımda
Çıxışlıq kitabdan kitablardan kitabımdan kitablarımdan

Hal şəkilçisi qəbul etmiş ismi yenidən hallandırmaq olmur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (107 votes)

Digər maraqlı məqalələrimiz

loading...

7 comments

  1. Salam. Əsasandırılmış şəkildə deyə bilərsiniz mi lıq, lık, luq, lük ilə bitən isimlər hallananda q hərfinin g hərfinə çevrilir ya yox? Məs. uşaqlıq, quşçuluq, ayrılıq

Гуля üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: