- Language Mag - https://language.az/az -

Sifət nitq hissəsi

Əşyanm əlamət və keyfıyyətini bildirən, necə? nə cür? hansı? suallarından birinə cavab olan nitq hissəsi sifət adlanır.

Sifət həmişə ismə aid olur və cümlədə ən çox təyin vəzifəsində işlənir. Bəzən sifətlər cümlədə xəbər vəzifəsində də çıxış edir. Bu zaman xəbər isimdən əvvəl işlənir və şəxs (xəbərlik) şəkilçilərini qəbul edir. Məsələn: yaxşısan, tənbəlsən, yaşlıyıq və s.

Sifətin mənaca aşağıdakı növləri vardır:

Rəng bildirənlər: ağ, qara, sarı, yaşıl, göy və s.
Dad bildirənlər: turş, acı, şirin, duzlu, duzsuz və s.
Görkəm bildirənlər: nurani, yaraşıqlı, göyçək, qəşəng, qoca və s.
Keyfıyyət bidirənlər: pis, yaxşı, çalışqan, tənbəl, ağıllı, qoçaq və s.
Forma bildirənlər: uzıın, qısa, nazik, dairəvi, əyri və s.
Həcm bildirənlər: enli, dar, geniş, böyiik, balaca, kiçik və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.