- Language Mag - https://language.az -

Sözün poetik funksiyası (poetizm). Bədii ifadə vasitələri (məcazlar)

Bədii üslubda sözün əsas işinə, vəzifəsinə sözün poetik funksiyası deyilir. Mətndə poetik funksiya  daşıyan söz və yaxud ifadə isə poetizm adlanır. Sözün poetik funksiyası normativ funksiyasından fərqlənir. Məsələn, soyuq hava ifadəsi ilə soyuq duyğular ifadəsi bir-birindən fərqlənir. Çünki soyuq duyğular adi normativ  formadan fərqli olaraq obrazlı formada verilmişdir. Poetik funksiya obrazlı  formada verilmişdir. Poetik funksiya obrazlı təfəkkürün məhsuludur.

Poetizm – bədii sözdür. 

Dahi sənətkalar  M. Füzuli bədii sözü adi sözdən fərqləndirmək üçün onu «diri söz» hesab edirdi.

Bədii mətndə söz özünün bədii imkanlarını nümayiş etdirir kiz, bu imkanların genişliyi də söz sənətkarından asılıdır. Sözün bədii imkanlarına sözün sehri, sözün gücü , sözün estetikası və s. də deyilir.

Bədii söz, əsasən, məcazi mənada işlənmiş sözdür. Vaxtilə poetik kəşf sayılan ifadələr vardır ki, onlar indi hamının işlətdiyi  ifadələrdir. Məsələn, acı söz, mülayim xasiyyət, susmuş vicdan və s.

Frazeologizmlər  də dilin poetik  imkanları hesabına  yaranmışdır. İndi isə onlar dilin normativ  vahidləri sırasına daxildir. Məsələn, əl  tutmaq, canını dişinə tutmaq, gözdən pərdə asmaq və s.

Sözlə bütöv sənət sahəsi yaranməşdır ki, bu da söz sənəti yaxud da ədəbiyyat adlanır.

Sözün poetik funksiyası daha çox bədii ifadə vasitələrində – məcazlarda meydana çıxır. Bədii ifadə vasitələri qeyri – müstəqim mənada işlənən sözlər və ifadələırdir. Onların açağıdakı növləri vardır:

Epitet. Epitet yunan sözüdür və əlavə deməkdir. Predmetin qeyri- müstəqim əlamətini göstərən təyinə epitet, yaxud bədii təyin deyilir. Məsələn, ağır söz, lalə yanaq, dəli həvəs və s.

Epiteti adi  təyinlərdən, yəni qrammatik  təyinlərdən  fərqləndirmək lazımdır. Məsələn, dəli həvəs birləşməsində dəli bədii təyin və ya epitet, dəli insan birləşməsində isə adi və ya qrammatik təyindir.

Təşbeh. Hər hansı bir əşyanın diqqəti çəkən əlamətinə görə başqa bir əşyaya oxşadılmasına  təsbeh, yaxud bənzətmə deyilir. Təşbehin iki forması var:

  1. Kimi, tək, elə bil, sanki və s. qrammatik əlamətlərlə düzəldilən təşbehler (bənzətmələr). Məsələn, O, elə bil daşdır. Qız lalə tək qızarmışdı. Bu bənzətmələr  müfəssəl bənzətmələrdir. 
  2. Həmin qrammatik əlamətlər olmadan düzələn təşbehlər. Məsələn, O, tülküdür, yaxud maraldır (insan haqqında).

Bu bənzətmələr isə mükəmməl bənzətmələrdir.

Mübaliğə. Hər hansı bir əşyanın və ya hadisənin əlamətlərini olduğundan müqayisəyə gəlməycək qədər  artıq göstərməyə mübaliğə deyilir. Mübaliğəyə şişirtmə də deyilir. Mübaliğə ən çox folklor nümunələrində  və klassik ədəbiyyatda işlədilir. Bunun əksi olaraq əşya və ya hadisənin  əlamətinin daha  da kiçildilməsi litota adlanır.

Metafora (istiarə) . Hər  hansısa bir əşyanın və ya hadisənin  əlamətinin adi çəkilmədən başqa bir əşya və ya hadisə üzərinə  köçürülməsinə metafora  deyilir. Məsələn, Günəş gülümsəyir. Buludlar ağlayır. İstiarə bənzətmə əsasında yarandığı üçün ona gizli təşbeh də deyilir.

Kinayə. Sözün zahirən müsbət mənada deyilib, əslində mənfi mənada işlədilməsinə kinayə deyilir. Məzmununa görə kinayənin iki növü var:

  1. Yumorlu kinayə – Maşallah sən lap əjdahasan ki 
  2. Satirik kinayə – Bizi ağ günə, çıxartdı 

Məcaz növləri olmadan bədii üslubu təsəvvür etmək mümkün deyil. Məcazların bədii üslubdakı rolu olduqca mühümdür. Bunların hesabına ədəbi dil zənginləşir, səlisləşir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (18 votes)