- Language Mag - https://language.az -

Sifətlərin quruluşca növləri

Sifətlər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.

Sadə sifətlər

Sadə sifətlər bir kökdən ibarət olur və kökün sonunda leksik şəkilçi olmur. Məsələn:

qırmızı, yüngül, boz, qara, qəşəng, zərif və s.

Düzəltmə sifətlər

Düzəltmə sifətlər söz köklərinə leksik şəkilçilər artırmaqla düzəlir. Məsələn:

sulu, sınıq, duzsuz, söhbətcil, evdəki, gümüşü və s.

Düzəltmə sifətlər, əsasən, isim və feldən düzəlir.

İsimlərdən düzələn sifətlər.

İsimlərdən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

-lı4-sız4 şəkilçiləri bir-biri ilə qrammatik antonimlərdir.

Sonu saitlə bitən isimlərə -ı, -i leksik şəkilçiləri qoşularkən araya y samiti əlavə edilir. Məsələn: qəhvəyi, buğdayı, sürməyi, xurmayı və s.

Sifət düzəldən alınma şəkilçilər aşağıdakılardır:

Sifət düzəldən alınma şəkilçilərin bir qismi isə ön şəkilçilərdir:

Fellərdən düzələn sifətlər.

Feldən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

Feldən sifət düzəldən şəkilçilər öz dilimizə məxsus şəkilçilərdir.

Mürəkkəb sifətlər

Mürəkkəb sifətlər bir neçə sözün birləşməsindon əmələ gəlir. Məsələn: qaraqaş, enlikürək, ucaboylu, yekəbaş və s.

Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir:

  1. İki sadə sözün birləşməsindən. Məsələn: alçaqdaban, göygöz, uzunsaç, şirindil və s.
  2. Bir sadə və bir düzəltmə sözün birləşməsindən. Məsələn: qaradinməz, beşmərtəbəli, çoxhecalı və s.
  3. İki düzəltmə sifətin (birincisi feldən, ikincisi isimdən düzələn) birləşməsindən. Məsələn: soyuqqanlı, açıqqəlbli, açıqürəkli və s.
  4. Mənsubiyyət şəkilçisi olan sözün iştirakı ilə. Məsələn: alnıaçıq, qəlbiqara, stolüstü, əliəyri, gözüyaşlı və s.
  5. Sadə və ya düzəltmə sifətlərin təkrarı ilə. Məsələn: acı-acı, uzun-uzun, dadlı-dadlı, qalaq-qalaq və s.
  6. Yaxın və ya əks mənalı sözlərin birləşməsindən. Məsələn: daşlı-kəsəkli, bağlı-bağatlı, ağlı-qaralı, böyüklü- kiçikli və s.
  7. Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləşməsindən. Məsələn: qara-qura, əyri-üyrü, xırda- mırda, kələ-kötür və s.
  8. Qeyri sözü ilə sifətin birləşməsi. Məsələn: qeyri- müəyyən, qeyri-adi, qeyri-aktiv, qeyri-fəal və s.

1-4-cü üsullarla yaranan mürəkkəb sifətlər bitişik, 5- 8-ci üsullarla yarananlar isə defıslə yazılır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (227 votes)