- Language Mag - https://language.az -

Sifətin müqayisə dərəcələri

Müxtəlif əşyaların eyni əlamət və keyflyyətləri birbirindən az və ya çox dərəcədə fərqlənə bilər. Bu fərqlər sifətin müqayisə dərəcələri ilə bildirilir. Bu xüsusiyyət də onu digər əsas nitq hissələrindən fərqləndirir. Sifətin müqayisə dərəcəsi üçdür: adi dərəcə, azaltma dərəcəsi, çoxaltma dərəcəsi.

Adi dərəcə

Adi dərəcə əşyanın əlamət və ya keyfiyyətinin adi halda (normal) olduğunu bildirir. Məsələn: gözəl, ağıllı, qırmızıyanaq, duzlu, çirkin və s. Dərəcə əlaməti qəbul etməyən bütün sifətlər adi dərəcədədir. Adi dərəcə digər dərəcələrin yaranması üçün rol oynayır.

Azaltma dərəcəsi

Azaltma dərəcəsi əşyanın əlamət və keyfıyyətinin adi dərəcədəkindən az olduğunu bildirir. Məsələn: sarımtıl, qırmızıtəhər, açıq-qırmızı, uzunsov və s.

Azaltma dərəcəsi iki üsulla yaranır: morfoloji üsulla, sintaktık üsulla.

Morfoloji üsulla sifətin azaltma dərəcəsini düzəltmək üçün adi dərəcədə olan bəzi sifətlərin sonuna aşağıdakı şəkilçilər artırılır:

Sintaktik üsulla sifətin azaltma dərəcəsini düzəltmək üçün bəzən açıq, az, ala, təhər sözləri işlədilir. Bu sözlər sifətin əvvəlinə artırılır; təhər sözü isə sifətin sonuna artırılır və bitişik yazılır; az, açıq, ala sözlərindən sonra defıs qoyulur. Məsələn: açıq-sarı, açıq-yaşıl, ala-qaranlıq, ala-yarımçıq, az-maraqlı, az-acı, şirintəhər, sarıtəhər və s.

Çoxaltma dərəcəsi

Çoxaltma dərəcəsi əlamət və keyfıyyətin adi dərəcədəkindən çox olduğunu bildirir. Sifətin çoxaltma dərəcəsi də iki üsulla yaranır: morfoloji iisulla, sintaktik iisulla.

Adi dərəcədə olan sifətlərin sonuna -ca2 şəkilçisi artırmaqla və sifətin ilk hecasının son samitini m, p, r, s samitlərindən biri ilə əvəz etməklə (əgər sifətin ilk hecası saitlə bitirsə, bu hərflərdən biri əlavə edilir) morfoloji üsulla sifətin çoxaltma dərəcəsini düzəltmək olar. Məsələn: zorbaca, xırdaca, körpəcə, yaxşıca, yekəcə, sapsarı, göm- göy, tərtəmiz, şipşirin, səpsərin, dosdoğma, qosqoca və s.

Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, daha, çox, olduqca ədatları, düm hissəciyi və zil, tünd sözü artırmaqla sintaktik üsulla sifətin çoxaltma dərəcəsini düzəltmək olar. Bunlardan düm bitişik, tünd defislə, qalanları isə ayrı yazılır. Məsələn: ən yaxşı, lap qəşəng, daha gözəl, çox maraqlı, oldııqca sərfəli, dümağ, tünd-göy, zil qara və s.

Mürəkkəb, düzəltmə və bir çox sadə sifətlər morfoloji üsulla dərəcə əlamətini qəbul etmir.

Azaltma və çoxaltma dərəcələrinin şəkilçiləri qrammatik şəkilçilərdir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (431 votes)