- Language Mag - https://language.az -

Dərs 5.3 – Sifətin hallanması

LEKTION 5.3 – Deklination der Adjektivel

Azərbaycan dilində olduğu kimi alman dilində də sifət adlandırılan nitq hissəsi isimlərin əvvəlində gələrək onların əlamət və keyfiyyətini bildirir. Sifətlər wie? (necə?), was für ein?, was für eine? (nə cür?), welcher?, welches?, welche? (hansı?) suallarından birinə cavab verir.

Amma azərbaycan dilindən fərqli olaraq alman dilində sifətlər hallana bilir. Alman dilində sifətlərin hallanmasının üç növü var:

1. qüvvətli hallanma (strake Deklination)
2. zəif hallanma (schwache Deklination)
3. qarışıq hallanma (gemischte Deklination)

Hallanmanın növü isimlərin qarşısında işlədilən izləyici sözlərin işlədilib işlədilməməsindən asılı olur. İstər artikl, istərsə də ismin əvvəlində onun funksiyasını icra edə bilən digər sözlər izləyici söz adlandırılır.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.7/5 - (4 votes)