Print

Publisistik üslubun digər funksional üslublarla əlagəsi.Məişət üslubu.Məişət üslubu nədir?

51 Bəyənmə Şərh yazmaq

Publisistik üslub ictimai nitq forması olduğundan  digər funksional üslubların bəzi əlamətlərini də daşıyır. Bu baxımdan publisistik üslubun aşağıdakı növləri meydana çıxır:

  1. Bədii – publisistik dil:
  2. Elmi – publisistik dil:
  3. Rəsmi-publisistik dil.

Bədii -publisisatik dil publisistik üslubun əsas xüsusiyyətlərinə malikdir, eyni zamanda müəyyən qədər obrazlılığa malikdir. Bədii -publisistik dildə bədii ifadə vasitələrinə də təsadüf edilir. Oçerklər, felyetonlar, bəzi məqalələr buna  misal ola bilər.

Elmi – publisistik dil müxtəlif elm sahələrinə siyasətə, dinə və s. həsr olunmuş publisistik məqalələrin, kitabların dilidir.

Rəsmi-publisistik dil birbaşa publisist məzmun daşıyan hər hansısa rəsmi, yaxud işgüzar sənədin dilidir.

Məişət üslubu. Məişət üslubu nədir?

Məişət üslubu insanların gündəlik həyatda bir- biri ilə ünsiyyət saxladığı dildir.

Məişət dedikdə gündəlik yaşayıs nəzərdə tutulur. Məişət üslubu insanın gündəlik nitqidir, kitab-qəzət dili yox, adi, sadə danışıq dilidir. Bu üslubun dili  loru nitq deyil, məhəlli səciyyə daşımır, dialektüstü nitq formasıdır. Məişət üslubu ədəbi dilin sərbəst və şifahi nümunəsidir. Burada da ədəbi dildə olduğu kimi, hər ifadəni işlətmək, cümləni səliqəsiz qurmaq olmaz. Bu dil bir qədər sərbəstdir,ancaq mədəni, səliqəli danişıqdır. Məişət üslubu ədəbi dilin şablonlardan, qəliblərdən  azad və canlı danışığın məhəlləçilikdən, bəsitlikdən təmizlənmiş şəkillərinin calağı olub, təmtəraqlı nitqlə loru dilin keçidində müəyyənləşir. Bir sözlə, ədəbi dilin məişətdə işlənən nümunəsidir. Buna görə də ədəbi dilin məişət təzahürü olan bu nitqi loru danışıqla dialekt danışığı ilə qarışdırmaq olmaz.

Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığı, canı isə dialoji nitqdir. Bir halda ki, bu üslub məişət üslubu adlanır, gündəlik məişətdə işlənir, onda əlbəttə ki, burada dialoji nitq əsas olmalıdır. Dialoji nitq dedikdə, gündəlik həyatda  iki nəfərin  üzləşən zaman istifadə  etdiyi dildir. Məişət üslubunun  sərbəstliyi, yığcamlığı dialoji nitqdə özünü qabarıq şəkildə göstərir. Dialoji nitqdə intonasiya, jest- hərəkət  mühüm rol oynayır, yarımçıq cümlələr çox  işlənir.

Məişət üslubunda  üz-üzə  ünsiyyət əsas olduğundan danışıq prosesində intonasiya və əl-qol, baş,  qas -qöz hərəkətləri, sifət cizgiləri mühüm  əhəmiyyətə malikdir. Burada intonasiya olduqca zəngin çalarlarla çıxış edir.

Bir neçə üslub nümayəndənləri yazısında ayrı – ayrı  üslublardan istifadə edə bilər, lakin şifahi nitqdə məişət üslubundan istifadə  edirlər. Deməli, müxtəlif üslubların  nümayəndələri  bir məqamda birləşirlər, yəni məişət üslubunda müxtəlif üslubun nümayəndələri birləşir.

İnsanın yazılı və şifahi nitqləri eyni olmamalıdır. Yazılış şəklində də danışmaq təbiiliyi azaldır, nitqi ağırlaşdırır. Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Hər bir inisan  ədəbi dildən təbil nitq faktı kimi istifadə etməyi bacarmalıdır. Radio- televiziyada da məişət üslubundan istifadə olunur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (9 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: