Print

Sayların mənaca növləri. Miqdar sayları

558 Bəyənmə 18 Şərh

Sayın mənaca iki növü var: miqdar saylan, sıra sayları.

Miqdar sayları əşyanın miqdarını bildirir və neçə? nə qədər? suallarından birinə cavab olur. Miqdar saylarının aşağıdakı növləri vardır:

  1. Müəyyən miqdar sayları
  2. Qeyri-müəyyən miqdar sayları
  3. Kəsr sayları

Müəyyən miqdar sayları

Müəyyən miqdar sayları sayılan isimlərlə işlənərək əşyanın dəqiq miqdarım bildirir, neçə?qədər? suallarından birinə cavab olur. Dilimizdə quruluşca sadə olan cəmi 23 müəyyən miqdar sayı var:

bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon.

Bu saylardan yalmz milyon, milyard və trilyon alınma saylardır, qalanları əsl Azərbaycan sözləridir. Sıra sayları və mürəkkəb müəyyən miqdar sayları bu 23 sayın əsasında yaranır.

Müəyyən miqdar sayları həm rəqəmlə, həm də hərflərlə yazılır. Məsələn: 8 (səkkiz), 22 (iyirmi iki) və s.

Müəyyən miqdar saylarının aid olduğu isim təkdə olur, yəni bu saylardan sonra işlənən isimlər cəm şəkilçisi qəbul etmir. Məsələn: beş kitab, on iki qələm, üç dəftər və s.

Müəyyən miqdar sayları ilə isimlər arasına bəzi sözlər artırıla bilir ki, bunlar da numerativ sözlər adlanır. Numerativ sözlər iki cür olur: əsas vəzifəsi nıımerativ olan sözlər – dənə, nəfər, dəst, cüt, metr, ton, litr, kiloqram və s.; əsas vəzifəsi numerativlik olmayan, ancaq numerativ kimi işlənən sözlər – qaşıq, damcı, nəlbəki, top, baş, sətir, parça, göz, qazatı, vedrə, ədəd və s. Məsələn:

üç nəfər şagird, on baş qoyun, dörd ədəd avtomobil, iki dənə armııd, bir cüt əlcək, iki dəst paltar, iki göz otaq, bir qazan yemək, üç qaşıq su və s.

  • Nəfər – insan bildirən isimlərlə işlənir.
  • Baş – əsasən, heyvan bildirən isimlərlə işlənir.
  • Ədəd, dənə – cansız əşya bidirən isimlərlə işlənir.
  • Cüt, dəst – qoşalıq bildirmək üçün isimlərdən əvvəl işlənir.

Qeyri-müəyyən miqdar sayları

Qeyri-müəyyən miqdar sayları əşyanm miqdarını dəqiq olmayan şəkildə göstərir, nə qədər? sualına cavab olur. Az, çox, xeyli, bir qədər, bir neçə, bir az, bir sıra, onlarla, yüzlərcə, beş-altı, on-on beş, az-çox, çoxlu, bir çox və s. qeyri-müəyyən miqdar saylarıdır.

Azçox saylarından əvvəl lap, ən, daha ədatlarını da işlətmək olur. Məsələn: lap az, lap çox, ən az, ən çox, daha az, daha çox və s.

Bir sıra, bir çox saylarının aid olduğu isimlər cəmdə olıır: bir sıra adamlar, bir çox hadisələr və s.

Az sayından sonra gələn isim təkdə işlənir: az insan, az tələbə və s.

Çox, onlarla, yüzlərlə, minlərcə saylarından sonra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilir: çox məsələ, çox məsələlər, yüzlərlə adam, yüzlərlə adamlar və s. Digər qeyri-müəyyən miqdar saylarının aid olduğu isim təkdə işlənir. Məsələn, bir qədər toxum, az məhsul, xeyli adam və s.

Bir-iki, dörd-beş, 5-6, 10-15 tipli qeyri-müəyyən miqdar sayları ilə isimlər arasında numerativ sözlər işlənir. Məsələn: bir-iki ədəd kitab, 10-15 baş inək, beş-altı dəstə gül və s. Bu cür saylar həm də təqribi saylar adlanır.

Bəzi saylar söz yaradıcılığında fəal iştirak edir. Məsələn: birbirlik, birdən, birgə, birləşmək, birirıci, birincilik, birdən-birə, bircildli və s.; azazlıq, azalmaq, bir az, az- çox və s.; çoxçoxlu, çoxluq, çoxdankı, çoxdan, çoxalmaq, çoxatomlu və s.

Kəsr sayları

Kəsr sayları tamın hissəsini və ya tamla birlikdə hissəni bildirir, nə qədər? neçə hissə? suallarmdan birinə cavab olur. Məsələn: üçdə iki, iki tam beşdə üç və s. Kəsr sayları müəyyən miqdar sayları və -da2 şəkilçisi vasitəsilə yaranır.

Adi kəsronluq kəsr sayları vardır.

  • Adi kəsrlər: 2/5; 6/3; 9/4 və s.
  • Onluq kəsrlər: 0,3; 1,2; 4,35 və s.

Adi kəsrin məxrəci tamm neçə hissəyə bölündüyünü, surəti isə bu hissədən neçəsinin götürüldüyünü bildirir. Onluq kəsrlər məxrəci 10, 100, 1000 və s. olan adi kəsrlərə bərabərdir. Məsələn, 0,5 =510; 1,25 = 125100 .

Tamın 12 hissəsi yarım, 14 hissəsi çərək və ya rüb, 1100 hissəsi faiz adlanır.

Kəsr sayları quruluşca həmişə mürəkkəb (tərkibi) olur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (164 votes)

Digər maraqlı məqalələrimiz

loading...

18 comments

    1. AZERBAYCANA BİR İKİ YILDIR Kİ YAŞIYORUM. VE GERÇEKTEN BU OKUL HAYATIMDA LAZIM OLUCAK. TEŞEKKÜRLER 🙏🏻🌸

CAVAD CAVADOV üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: