- Language Mag - https://language.az -

Məişət üslubunun yaranma şəraiti. Rəsmi-işgüzar üslub. Rəsmi-işgüzar üslub nədir?

Məişət dili danışıq dilidir. Danışıq dilinin qarşılığı yazılı dildir. Yazılı dil cəmiyyətin inkişafindan sonra yaranmişdır. Şifahi nitq, yəni danışıq dili ilkindir. Deməli,yazılıdil şifahi dilin əsasında formalaşır . Yazılı dil çox vaxt ədəbi dilin sinonimi kimi qavranır. Ədəbi dilin üslubları, bir qayda olaraq, yazılı dilin bazasında meydana çıxır. Ədəbi dil üslublar sistemidir. Nəticədə ədəbi dilin yaranması üslubların müəyyənləşməsi deməkdir.

İndi məişət dili kimi qavradəğımız nitq o zaman bütövlükdə canlı dilin xalqın ünsiyyət saxladığı dilin özü idi.Ədəbi dilin üslubları danışıq dilinin əsasında və danışıq normasından uzaqlaşma yolu ilə yaranır. Sonralar  ədəbi dil öz yazılı üslubları ilə inkişafında elə  bir səviyyəyə çatır ki, xalqın dilinin təbiiliyindən uzaqlaşır, nəticədə ədəbi dil qəlibə, şablon dilə çəvrilir. Bu zaman insanlar ünsiyyətdə təbii danışığa ehtiyac hiss edirlə. Ədəbi bilbu vəziyyətə çatdıqda cəmiyyətdə mədəni səviyyənin yüksəlişi, yerli şivəçilikdən çəkilmə meyili yaranmış olur. Bu zaman ədəbi normativli dil insanın gündəlik məişətinə müəyyən dərəcədə yol açmış olur. Beləliklə, ədəbi dilin şifahi təzahürü – məişət üslubu yaranır.

Rəsmi – işgüzar üslub. Rəsmi-işgüzar üslub nədir?

Rəsmi və işgüzar sənədlərin dilinə rəsmi – işgüzar üslub deyilir.

Rəsmi – işgüzar üslubda fikir müəyyən standart formalarda və olduqca yığcam şəkildə verilir, obrazlı ifadələr işlədilmir.

Rəsmi -işgüzar üslub dövlətçilik ənənələri ilə bağlıdır. Rəsmi- işgüzar üslubun lüğət tərkibi yığcam, sintaksisi məhdud, normalılığı isə möhkəmdir. Bu üslub digərlərinə nisbətən gec formalaşməşdır. Səbəb isə   əvvəllər ərəb və fars dillərinin, daha sonra  isə rus dilinin Azərbaycanda həmin funksiyanı daşıması olub.

Rəsmi- işgüzar üslub

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (10 votes)