Print

Əvəzlik nitq hissəsi. Şəxs əvəzlikləri

232 Bəyənmə 18 Şərh

Əvəzlik nitq hissəsi

İsim, sifət, say və zərflik yerində işlənə bilən sözlər əvəzlik adlanır. Əvəzliyin özünəməxsus sualı yoxdur, hansı nitq hissəsini əvəz edirsə, onun sualına da cavab olur.

Əvəzliklər cümlədə mübtəda, xəbər, təyin, tamamlıq və zərflik vəzifələrində işlənə bilir. Əvəzliyin mənaca aşağıdakı növləri vardır:

  1. Şəxs əvəzlikləri
  2. Qeyri-müəyyən əvəzliklər
  3. İşarə əvəzlikləri
  4. Sual əvəzlikləri
  5. Təyini əvəzliklər
  6. Şəxs əvəzlikləri

Şəxs əvəzlikləri

Şəxs əvəzlikləri ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur. Cümlədə mübtəda, tamamlıq, xəbər ola bilir.

Şəxs əvəzlikləri bunlardır:

Şəxslər Tək Cəm Sualı
I şəxs (danışan) mən biz kim?
II şəxs (dinləyən) sən siz kim?
III şəxs (haqqında danışılan) o onlar kim? nə?

1-ci və 2-ci şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. 3-cü şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvanlara və cansızlara aid olur, uyğun olaraq kim?nə? suallarına cavab verir. Şəxs əvəzliklərinin I və II şəxsinin cəmini bildirən sözlər leksik yolla, III şəxsin cəmi isə -lar2 şəkilçisinin vasitəsilə yaranır.

Şəxs əvəzlikləri isim kimi hallanır. Məsələn:

Adlıq mən o onlar
Yiyəlik mənim onun onların
Yönlük mənə ona onlara
Təsirlik mərıi onu onları
Yerlik məndə onda onlarda
Çıxışlıq məndən ondan onlardan

Mən, biz əvəzlikləri hallanarkən yiyəlik halda -in yox, -im şəkilçisini qəbul edir.

O şəxs əvəzliyi (bu işarə əvəzliyi də) hal şəkilçisindən əvvəl (cəm şəkilçisindən əvvəl də) n bitişdiricisini qəbul edir.

Mən, sən, o şəxs əvəzliklərinə artırılan çıxışlıq hal şəkilçisi [-nan, -nən] şəklində tələffuz olunur: məndən [mənən], səndən [sənnən], ondan [onnan].

Biz, siz əvəzlikləri bəzi hallarda -lər şəkilçisi ilə işlənə bilir. Məsələn: Bizlərə ayrılan vaxt üçün təşəkkür edirik. Adil bıınu sizlərə deməməli idi.

Yiyəlik halda olan şəxs əvəzliyinə -kı, -ki, -ku şəkilçiləri artırıla bilir:

  • mənimki      bizimki
  • səniııki        sizinki
  • onunku        onlannkı

Belə vəziyyətə düşmüş şəxs əvəzliyi cəm şəkilçisi qəbul edə və hallana bilir. Məsələn,

Adlıq mənimki bizimki
Yiyəlik məninıkinin bizimkinin
Yönlük mənimkinə bizimkinə
Təsirlik mənimkini bizimkini
Yerlik məndəkində bizimkində
Çıxışlıq mənimkindən bizimkindən

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (181 votes)

Digər maraqlı məqalələrimiz

loading...

18 comments

S2GSanakeg üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: