Təyini əvəzliklər əşyaları ümumi şəkildə müəyyən etmək üçün işlədilir. Təyini əvəzliklər bunlardır:
hər, hütün, fılan, eyni, öz.
Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə təyin vəzifəsi daşıyırlar.
Hər, bütün əvəzlikləri heç bir morfoloji dəyişikliyə məruz qalmır.
Eyni təyini əvəzliyi məhdud şəkildə morfoloji dəyişikliyə uğrayır. Məsələn: eynisi, eyniləri və s.
Öz təyini əvəzliyi digər təyini əvəzliklərdən fərqli olaraq, özündən sonra gələn sözün mənsubiyyət şəkilçisi ilə işlənməsini tələb edir: öz + kitabım, kitabınız, kitabı, kitabımız, kitabınız.
Öz təyini əvəzliyi şəxs əvəzliyinin yerində işlədilə bilir. Məsələn: Mən də bu fikirdəyəm – Özüm də bu fikirdəyəm.
Öz təyini əvəzliyi bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi qəbul edərək substantivləşə bilir. Substantivləşdikdən sonra hallana və cümlə üzvləri vəzifəsini daşıya bilir.
Adlıq | özüm | özümüz |
Yiyəlik | özümün | ozumuzun |
Yönlük | özümə | ozumuzə |
Təsirlik | özümü | ozumuzu |
Yerlik | özümdə | özümüzdə |
Çıxışlıq | özümdən | özümüzdən |