- Language Mag - https://language.az -

Təsirli və təsirsiz fellər

Hərəkətin obyektə olan münasibətinə görə fellər iki qrupa bölünür: təsirli fellər, təsirsiz fellər.

Təsirli fellər özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb edir. Məsələn:

Təsirsiz fellər özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etmir. Məsələn:

Çoxmənalı və omonim fellər bir mənada təsirli, digər mənada isə təsirsiz ola bilir. Məsələn:

Təsirli və təsirsiz fellər şəkilçilər qəbul etməklə bir- birinə çevrilə bilir.

-ıt4, -ır4, -dır4, -ar, -t şəkilçilərinin köməyi ilə təsirsiz fellərdən təsirli fellər düzəltmək olur. Məsələn:

Təsirsiz Təsirli
qorxmaq qorxutmaq
hürkmək hürkütmək
köçmək köçürmək
qaçmaq qaçırmaq
bişmək bişirmək
barışmaq barışdırmaq
solmaq soldurmaq
gülmək güldürmək
qopmaq qoparmaq
çıxmaq çıxarmaq
qurumaq qurutmaq
ağarmaq ağartmaq

-ıl4, -ın4, -n şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər təsirsiz fellərə çevrilə bilir. Məsələn:

Təsirli Təsirsiz
yazmaq yazılmaq
açmaq açılmaq
pozmaq pozulmaq
kəsmək kəsilmək
düzmək düzülmək
oxutnaq oxunmaq
dernək deyiımıək
bürümək bürünmək
soymaq soyulmaq
bəzəmək bəzənmək
səpələmək səpələnmək

Bu şəkilçilər feldən fel düzəldən leksik şəkilçilər hesab olunur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (97 votes)