Print

Felin şəkilləri

1.16K Bəyənmə 45 Şərh

Felin əmr şəkli

Felin əmr şəkli əmr, buyruq, təkid, xahiş, təklif, nəsihət, məsləhət və s. bildirir.

Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. O, felin kökünə və ya başlanğıc formasma şəxs şəkilçiləri artırmaqla düzəlir. Məsələn: oxuyum, oxu, oxusun, oxuyaq, oxuyun, oxusunlar.

Felin əmr şəklində aşağıdakı şəxs şəkilçilərindən istifadə olunur:

Şəxslər Tək Cəm
I şəxs -ım4 (-yım4) -aq2 (-yaq2)
II şəxs -ıtı4 (-yın4)
III şəxs -sın4 -sın4 + -lar2

Felin əmr şəkli məzmununa görə indiki, yaxud gələcək zamanı bildirir.

Felin xəbər şəkli

Felin xəbər şəkli hərəkətin adi qaydada, nə zaman və neçənci şəxs tərəfındən baş verdiyini bildirir.

Felin xəbər şəklinin xüsıısi şəkilçisi yoxdur. O, fellərə zaman və şəxs şəkilçiləri artırmaqla düzəlir. Məsələn: aldım, gəlirsən, gedəcəyik, görürük, oxuyurlar və s.

Zaman şəkilçisi qəbul etmiş istənilən fel xəbər şəklində sayılır.

Felin arzu şəkli

Felin arzu şəkli hərəkətin gələcəkdə icrasının arzu edildiyini bildirir və felə -a2, -ya2 şəkilçilərinin artırılması ilə düzəlir. Məsələn: gəl-ə, bax-a, oxu-ya, işlə-yə və s.

Hərəkətin neçənci şəxsə aid olduğunu bildirmək üçün şəxs şəkilçilərindən istifadə olunur. Məsələn,

Şəxslər Tək Cəm
I şəxs gələm gələk
II şəxs gələsən gələsiniz
III şəxs gələ gələlər

Arzu şəklində olan feldən əvvəl çox vaxt gərək, kaş, təki, barı ədatlarından biri işlədilir. Məsələn: gərək yazam, kaş görəsən.

Felin vacib şəkli

Felin vacib şəkli hərəkətin icrasının zəruri olduğunu bildirir.

Vacib şəkli felə -malı2 şəkilçisi artırmaqla düzəlir, sonra isə müvafıq şəxs şəkilçisi əlavə edilir. Məsələn:

Şəxslər Tək Cəm
I şəxs oxumalıyam oxumalıyıq
II şəxs oxumalısan oxumalısınız
III şəxs oxumalıdır oxumalıdırlar

Vacib şəklinin inkarı həm -mа2 inkar şəkilçisi ilə, həm də deyil inkar hissəciyi vasitəsilə düzəlir. Məsələn: gəlməməliyəm, getməməlisən; gəlməli deyiləm, getməli deyilsən və s. Şəxs şəkilçiləri deyil hissəciyinə artırılır.

Felin lazım şəkli

Felin lazım şəkli hərəkətin icrasının lazımlı, gərəkli olduğunu bildirir. Lazım şəkli felə -ası2 şəkilçisi artırmaqla düzəlir, sonra müvafıq şəxs şəkilçisi əlavə edilir. Məsələn:

Şəxslər Tək Cəm
I şəxs yazasıyam yazasıyıq
II şəxs yazasısan yazasısınız
III şəxs yazasıdır yazasıdırlar

Felin lazım şəklinin inkarı -mа2 inkar şəkilçisi ilə yox, deyil inkar hissəciyi ilə düzəlir. Məsələn: gedəsi deyilsən, baxası deyiləm, satası deyil və s.

Felin şərt şəkli

Felin şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu göstərir.

Şərt şəkli felə -sa2 şəkilçisi artırmaqla düzəlir. Sonra müvafıq şəxs şəkilçisi əlavə edilir. Məsələn:

Şəxslər Tək Cəm
I şəxs bilsəm bilsək
II şəxs bilsən bilsəniz
III şəxs bilsə bilsələr

Felin şərt şəkli müstəqil sadə cümlənin xəbəri ola bilmir. Bu da onu digər şəkillərdən fərqləndirən əlamətlərdən biridir. О ancaq mürəkkəb cümlənin xəbəri ola bilir.

Şərt şəklində olan fellərdən əvvəl bəzən əgər bağlayıcısı işlədilir. Məsələn: əgər bilsəm, əgər görsəm, əgər tapsalar və s.

Qeyd: Fel şəkillərinin şəkilçiləri qrammatik şəkilçilərdir. Şəxs şəkilçiləri fərqli formalarda felin bütün şəkillərində işlənir. Çünki felin təsriflənməsi onun şəxsə və kəmiyyətə görə dəyişməsi deməkdir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (414 votes)

Digər maraqlı məqalələrimiz

loading...

45 comments

    1. Feilin lazım şəkli sadəcə ası,və əsi ilə yox(Yası;Yəsi)ilə də düzəlir.Amma qalan bütün qaydalar,təsdiqlənib və doğrudur.Təşəkkürlər🌹

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: