Print

Fel şəkillərinin rəvayəti

15 Bəyənmə Şərh yazmaq

Fel şəkillərinin rəvayəti felin sadə şəkillərinə imiş hissəciyi əlavə etməklə düzəlir.

İmiş hissəciyi saitlə qurtaran fel şəkillərində ayrı, samitlə qurtaranlarda isə həm ayrı, həm də bitişik yazılır. Мəsələn:

gəlməli imiş, bilə imişsən, görəsi imiş, alırmış, alacaq imiş, almış imiş və s.

İdi hissəciyindən fərqli olaraq imiş hissəciyi öz qısa variantında bəzən şəxs şəkilçilərindən sonra artırıla bilir. Məsələn:

alırmışsan — alırsanmış, gələsi imışsən — gələsisənmiş, bilməli imişik – bilməliyikmiş və s.

İmiş hissəciyi felin əmr şəklinə və şühudi keçmişə artırıla bilmir.

İmiş hissəciyinin qısa -mış4 forması ilə nəqli keçmiş zamanın -mış4 şəkilçisini qarışdırmaq olmaz. Birinci felin sadə şəkillərinə artırıldığı halda, ikinci bilavasitə felin kökünə və уa başlanğıc formasına artırılır. Məsələn:

Şühudi keçmiş Fel şəkillərinin rəvayəti
gəlmişəm gəlirmişəm, gəlirəmmiş
gəlmişik gəlirmişik, gəlirikmiş
gəlmişsərı gəlirmişsən, gəlirsənmiş

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (2 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: