- Language Mag - https://language.az -

Dərs 8 – Güzəşt budaq cümləsi

LEKTİON 8 – Der Konzessivsatz

Güzəşt budaq cümləsi baş cümlədə baş verən hərəkətin əksinə olan vəziyyəti izah edir. O, «nəyə baxmayaraq?», «nəyin əksinə?» suallarına cavab verir. Baş cümlədə tez-tez doch, jedoch «hər halda», «buna baxmayaraq» korelyatlarına rast gəlinir.

Güzəşt budaq cümləsi baş cümləyə aşağıdakı vasitələrlə qoşula bilər:

1. Bağlayıcılı güzəşt budaq cümlələr baş cümləyə aşağıdakı bağlayıcılarala qoşulur: obwohl, obgleich, obschon, wennschon, wenngleich, selbst wenn, auch wenn, wenn … auch – «baxmayaraq ki, hətta belə». Budaq cümlədə söz sırası budaq cümlələr üçün olan adi qaydaya uyğundur (xəbər sonda). Güzəşt budaq cümləsində xəbər əsasən indikativdə (gerçəklikdə) işlədilir.

Obwohl sie viel arbeitete, fand sie immer Zeit zum Lesen.
Baxmayaraq o çox işləyirdi, həmişə mütaliyəyə vaxt tapırdı.

wenn … auch tərkibli bağlayıcının tərəfləri arasında həmişə digər sözlər işlədilir:

Wenn die Arbeit auch schwer ist, muss sie doch heute gemacht werden.
Hətta iş ağır olsa belə, o bu gün icra edilməlidir.

2. Nizbi əvəzlikli güzəşt budaq cümlələr baş cümləyə aşağıdakı sual sözlərinin auch, immer, noch sözləri ilə birləşmələri şəklində qoşulu: wie… auch və ya so … auch «necə olsa da…», wo… auch «harda olsa da…», wann … auch «nə vaxt da olsa». Xəbər həm indikativdə, həm də konyuktivdə işlənilə bilər. Xəbər hətta mögen, modal felinin köməyi ilə də düzələ bilər. Bu forma güzəşt budaq cümləsinin əlaməti olaraq azərbaycan dilinə tərcümə edilmir. Budaq cümlədən sonra gələn baş cümlə ilkin olaraq mübtəda ilə başlayır və bundan sonra xəbər gəlir, yəni adi nəgli cümlədə olan söz sırası kimi.

Wie schwer die Arbeit auch ist (Präs. Indikativ), sie muss doch heute gemacht werden.
İş nə qədər ağır olsa da belə, o hər halda bü gün icra edilməlidir.

Was er auch sage (Präs. Konjunktiv), ich glaube ihm nicht.
O nə desə də belə, mən ona inanmıram.

Wie spät es auch noch sei (sein möge), ich will das Buch zu Ende lesen.
Nə qədər gec olsa da belə, mən kitabı sonadək oxumaq istəyirəm.

3. Bağlayıcısız güzəşt budaq cümləsi xəbərlə başlayır. Bağlayıcısız güzəşt budaq cümləsinin xarakterik əlaməti (Bağlayıcısız şərt güzəşt budaq cümləsinindən fərqli olaraq) aşağıdakılardır:

  1. auch, immer, noch, noch so sözlərinin sifət və zərfliklə birləşmələri;
  2. xəbər daha çox konyuktivdə olur, ya da mögen felinin köməyi ilə düzəlir;
  3. Baş cümlə mübtəda ilə başlayır.

Sei die Arbeit auch schwer, sie muss doch gemacht werden.
Hətta iş şətin olsa da belə, o icra edilməlidir.

sei es … ifadəsi azərbaycan dilinə ” olsa da…” kimi tərcümə edilir:

Sei es schwer oder leicht, wir setzen unsere Forschungen fort.
Asan və ya çətin olsa da, biz araşdırmalarımızı davam etdirəcəyik.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.5/5 - (2 votes)