- Language Mag - https://language.az -

Dərs 8.2 – Zaman budaq cümləsi

LEKTION 8.2 – Der Temporalsatz

Zaman budaq cümləsi wann? (nə vaxt?), wie oft? (как часто?), wie lange? (nə müddətə?), bis wann? (nə vaxta qədər?) seit wann? (nə vaxtdan?) suallarına cavab verir.

Zaman budaq cümləsi aşağıdakı bağlayıcılarla baş cümləyə qoşulur:

  1. als – nə vaxt ki, – anda. -əndə (keçmişdə bir dəfə)
  2. falls – nə vaxt ki, – anda. -əndə (şərti-gələcək zaman bir dəfə)
  3. wenn – nə vaxt ki, hər dəfə (indiki və keçmiş zamanda təkrarlanan hərəkət)
  4. während – nə vaxt ki, (nə isə) edəndə
  5. nachdem – nədənsə sonra (bitmiş bir hərəkətdən sonra başlayan başlayan hərəkəti bildirir)
  6. bevor, ehe – əvvəlcə (nəyisə etməzdən əvvəl baş verən hərəkəti bildirir)
  7. bis – qədər, dək, bitməyənədək
  8. seit, seitdem – (hansısa) vaxtdan bəri (hələ də davam edən hərəkəti bildirir)
  9. sobald – nə vaxt ki, (hərəkətin icrası) hazır olan kimi
  10. solange – nə gədər ki,
  11. sooft – o vaxt ki, nə vaxt

Budaq cümlədə söz sırası budaq cümlələr üçün olan adi sıra ilə olur (xəbərin dəyişən hissəsi sonda).

als və wenn bağlayıcılarının işlənmə məqamları:

Als es dunkel wurde, gingen wir nach Hause.
Qaranlıq düşəndə biz evə gəldik.(bir dəfə keçmişdə)

Falls Vater kommt, gehen wir ins Kino.
Ata gələndə kinoya gedərik. (bir dəfə gözlənilən hərəkət, şərti-qəti gələcək zaman)
Əgər ata gəlsə (gəlib çıxsa) kinoya gedərik.

Wenn ich nach Hause komme, rufe ich dich an.
Evə gələndə sənə zəng edərəm. (indiki və gləcək zamanda bir dəfə)
Əgər evə gəlsəm sənə zəng edərərm.

Die Kinder freuten sich, wenn der Vater kam.
(Hər dəfə) Ata evə gələndə uşaqlar sevinirdilər.(keçmişdə təkrarlanan – hər dəfə, nə vaxt ki,; həmişə)

Əgər budaq cümlə baş və budaq cümlədəki hərəkətin eyni zamanda baş verdiyini göstərirsə (während, solange, seitdem, wenn, sooft), bu zaman budaq və baş cümlədə eini zaman formaları işlədilir:

Er wohnte im Studentenwohnheim, solange er an der Uni studierte. (Präteritum + Präteritum)
O nə qədər ki universitetdə təhsil alırdı, həmin müdətdə yataqxamnada qalırdı.
Universitetdə təhsil aldığı zaman o yataqxanada qalırdı.

Sooft ich ihn sehe, grüßt er mich freundlich. (Präsens + Präsens)
Hər dəfə mən onu görəndə mənimlə mehribanlıqla salamlaşır.

Keçmişdə baş verən iki hərəkətin birinin digərindən daha əvvəl baş verdiyini izah edtmə üçün nachdem, bevor, ehe, als, wenn, sobald, bis bağlayıcılarından istifadə edilir. Bu vaxt zaman formaları aşağıdakı qayda üzrə uzlaşır:

а) Pluskvamperfekt + preterit (keçmiçdəki iki hərəkətdən birinin aha əvvəl olduğunu bildirir),
b) Perfekt + prezens (indiki zamanda iki hərəkətdən birinin daha əvvəl olduğunu bildirir),
c) perfekt (və ya futur II) + futur I (gələcək zamanda iki hərəkətdən birinin daha əvvəl olduğunu bildirir):

Als ich die Arbeit beendet hatte, ging ich nach Hause. (Plusquamperfekt + Präteritum)
İşi gurtardıqdan sonra evə getdim.

Nachdem ich die Hausaufgaben gemacht habe, sehe ich gewöhnlich fern.(Perfekt + Präsens)
Ev tapşırıqlarını etdikdən sonra, adətən mən televizora baxıram.

Nachdem (Wenn) ich die Wörter gelernt habe, werde ich die Übungen machen.(Perfekt + Futur I)
Sözləri öyrənib qurtardıqdan sonra tapşırıqları edirəm.

(Nachdem ich die Wörter gelernt haben werde, werde ich die Übungen machen).(Futur II + Futur I)
(Sözləri öyrənib qurtaracağım andan (qurtaracağımdan, qurtarandan) sonra tapşırıqları edəcəyəm.)

bis bağlayıcısından sonra inkar işlənmir:

Bleibe hier, bis ich komme.
Mən gələnə qədər brada qal.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.