Print

YÖS imtahanı nə üçündür?

213 Bəyənmə Şərh yazmaq

YOS imtahanlari haqqinda  

Statistikaya əsasən 2019-2020-ci illərdə Türkiyədə təhsil alan xarici tələbələrin sayı 185 mindən çox olmuşdur. 2023-cü ilə qədər bu rəqəmin 250 minə çatması gözlənilir. Suriya, Azərbaycan və Türkmənistan kimi ölkələrdən gələn xarici tələbələrin sayı isə çoxluq təşkil edir. Türkiyə universitetlərinə xarici tələbələrin durmadan artan marağından danışdıqda əlbəttə ki, qəbul şərtlərini də qeyd etmək lazımdır. Əgər bununla bağlı internetdə bir qədər araşdırma etsək, qarşımıza tez-tez YÖS sözü çıxacaq. Bəs YÖS imtahanı nə üçündür və bu imtahanın nə kimi şərtləri var? Bu bloqumuzda bu suallara ətraflı şəkildə toxunacayıq.

Açılışı “Yabancı Uyruklu Öğrenci Sınavı” olan YÖS imtahanları Türkiyə universitetlərinin xarici tələbələr üçün keçirdiyi qəbul imtahanıdır. YOS imtahaninda iştirak etmək üçün tələbə ilk öncə seçdiyi universitetə qeydiyyatdan keçməlidir. Müraciət üçün tələb olunan sənədlər sırasına passport/şəxsiyyət vəsiqəsi, diplom, akademik transkript daxildir. Həmin universitetin buraxılış vərəqini aldıqdan sonra isə imtahanda iştirak edə bilər. İmtahan riyaziyyat, həndəsə  və məntiq fənləri sualları əsasında keçirilir. Universitetlər ayrılıqda öz YÖS imtahanını təşkil edir. İmtahanın müddəti universitetlərə görə dəyişməklə 90-120 dəqiqədir.

YÖS imtahanına qeydiyyat

Hər bir universitetin öz veb saytından mart-iyun ayları arasında aparılır. İmtahanı universitetlərin kampuslarında, xaricdə müəyyənləşmiş imtahan mərkəzlərində vermək olar.

İmtahanın nəticəsi 3-6 həftə arasında elan edilir. İmtahan nəticəsinə uyğun olaraq qəbullar həyata keçirilir. İmtahanda zəif nəticə göstərmiş tələbələr istədikləri qədər imtahan verə bilərlər. Müxtəlif universitetlərin imtahanlarına dəfələrlə qatılmaq üçün məhdudiyyət yoxdur. YÖS-ə müraciət üçün təqdim olunan universitetlərin siyahısı hər il dəyişsə də bəzi universitetlər YÖS imtahanını daimi olaraq həyata keçirir. Bu imtahan vasitəsilə tələbələr həm özəl, həm də dövlət universitetlərinə müraciət edə bilərlər. YÖS nəticəsi ilə universitetlərə müraciət edəcək hər bir namizəd ən azı 40 bal toplamalıdır. YÖS ilə İTÜ, Akdeniz, İstanbul, Marmara kimi güclü universitetlərə qəbul olaraq təhsil ala bilərsiniz. Tibb təhsili istisna olmaqla, əgər siz 60-dan çox bal yığsanız, Türkiyənin orta səviyyəli universitetlərinə güzəştlə qəbul ola bilərsiniz.

Sonda isə xüsusilə qeyd etmək istərdik ki, YÖS rəqabətin yüksək olduğu bir imtahandır. Bu səbəbdən Türkiyədə təhsil almaq istəyən tələbələrin imtahan hazırlığı da yüksək səviyyədə olmalıdır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.1/5 - (9 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: