Print

Müəllimlərin onlayn işləməsinin üstünlükləri

16 Bəyənmə Şərh yazmaq

30 il əvvəl müəllim olmaq istəyirdinsə, əhatəndə olan məktəblərdə real iş imkanlarını nəzərdən keçirməli idin. Hal-hazırda müəllim kimi bir yerdən asılı qalmaq, demək olar ki, mümkünsüzdür. Onlayn tədris platformalarının artması ilə siz istənilən yerdən, günün istənilən saatında tələbələrə dərs keçə bilərsiniz və öz şəxsi metodunuzdan istifadə etmək sərbəstliyiniz var. Evdən işləmə marağınızın olmasından, yaxud tədrisetmə bacarıqlarınızı təkmilləşdirmək istəməyənizdən, ya da təqaüdə çıxmış müəllim kimi peşənizdən ötrü darıxmağınızdan asılı olmayaraq, onlayn dərs keçmək üçün səbəblər çoxdur.

Onlayn tədrisetmə işinin  faydaları çoxdur. Onlardan sadəcə bəziləri bunlardır:

 

1. Distant tehsilde istənilən yerdən işləyirsiniz

Siz heç məzuniyyət günləri haqda düşünmədən xaricdəki dostlarınıza və ya ailənizə baş çəkməyi arzulamısınız? Yaxud yığdığınız pulları Cənub-Şərqi Asiya ətrafında əylənərək istifadə edib səyahət etməyi düşünürsünüz?

Kimsə sizə “nə üçün onlayn müəllim olmaq istəyirsiniz?” sualını versə, çox ehtimal ki, verəcəyiniz cavabların ən başında rahatlıq dayanır. Onlayn tədrisetmənin sizə qazandırdığı rahatlıq tam bu olmalı. Kompüteriniz və stabil internet bağlantınız (wi-fi) olduğu zaman siz dünyanın istənilən yerindən dərs keçə bilərsiniz.

2. Onlayn işlərdə istənilən vaxt işləyirsiniz

Təsəvvür edin ki, növbəti iş günü haqqında stres çəkmədən yuxudan oyanırsınız. Ən çox məhsuldar olduğunuz saatlarda işləyirsiniz, bu, saat 7 də ola bilər, 11 də. İstəyəndə fasilə edirsiniz, özü də istədiyiniz qədər. Heç vaxt günorta yoqa dərsində darıxmırsınız və günəşli günlərdə çimərliyə gedirsiniz. Gününüzü bütövlükdə özünüz təşkil edirsiniz. Bütün bunların hamısı realdır. Onlayn tədris edərkən zəngli saat və ya cədvəl dərdi çəkmirsiniz. Həm şəxsi, həm də iş həyatını balanslaşdırmaq asan deyil, lakin onlayn şəkildə dərs keçməklə, öz cədvəlinizi qurmaq imkanınız olur və sizə önəmli işlərə vaxt ayıra bilirsiniz. Bu o deməkdir ki, onlayn tədrisi sevdiyiniz hər şeylə balanslaşdıra bilərsiniz: tam ştat işlə, təhsillə, uşağa qayğı ilə, həvəskar layihələrlə və hobbilərlə.

 

3. Part-time işləyərək özünüzə əlavə gəlir yeri yaradırsınız

İstənilən elektron öyrənmə platformasında pul qazanmaq öhdəlik, səbr və iradə tələb edirsə, onlayn tədris etmə çox sərfəli ola bilər. Bu, xüsusilə də hal-hazırkı qlobal onlayn ingilis dili tədris etmə işlərinə aid olan bir haldır.

Yerli ingilis dili müəllimlərinin verdikləri dərslərə olan tələbat dalğasının coşmasıyla ingilis dilini tədris etmə vəzifələri sürətlə artmışdır. Lakin onlayn ingilis dili dərsi vermək gəlir əldə etmənin yeganə yolu deyildir. İstənilən mövzuda müəllimliklə eyni şeyi etmək olar. Onlayn tədris edən müəllimlərin qazancı bir sıra faktorlardan – hazırlıq dərəcələrindən, tələbatdan və tədrisetmə təcrübəsindən asılı olur.

 

4. Dəyərli təcrübə qazanırsınız

Əyani və onlayn tədrisetmənin bir çox oxşarlıqları var. Lakin bir əsas fərqləri var ki, əyani tədris etmək üçün dərəcəniz olmalıdır. Bir çox onlayn tədrisetmə platformalarında işə başlamaq üçün isə dərəcəyə ehtiyac yoxdur!

Bu, sizə tədrisetmə karyeranızda bir sıçrayış etmək imkanı verir və perspektivli işəgötürənlər üçün lazım olan tərcümeyi-hal hazırlamağa kömək edir.

Əgər sizə dərəcə olmadan necə onlayn müəllim olmaq olar maraqlıdırsa, ən asan yolu onlayn platformalardan başlamaqdır. Əksər platformalarda dərəcə, ixtisaslaşmalar və ya ilkin müəllimlik təcrübəsi tələb olunmur.

Bundan əlavə, onlayn tədris ənənəvi tədrisdə olmayan məsuliyyətlər verir. Adi sinif otağında siz tələbələrinizi cəlb etmək üçün səs tonu, duruş və bədən dilindən istifadə edə bilirsiniz. Onlayn tədrisetmə zamanı isə tələbələrinizin diqqətini yayındırmamaq üçün yaradıcı olmalısınız. Məsələn, dərslərinizdə stimul yaratmaq üçün quizlərdən, video kliplərdən və ya onlayn fləşkartlardan istifadə edə bilərsiniz.

 

5. Onlayn tədrisdə digər ölkələrin nümayəndələrinə dərs keçmək şansınız olur

Səyahət edə və əyani olaraq, digər mədəniyyətlər haqqında təcrübə qazana bilmədiyimiz zaman onlayn tədrisetmə buna nail olmağın ən yaxşı seçimlərdən biridir.

Siz onlayn tədris edərkən dünyanın hər yerindən, müxtəlif yaşlarda və müxtəlif həyat təcrübəsinə malik tələbələrlə əlaqə saxlamalı və ünsiyyət qurmalı olursunuz. Bu cür tədrisetmə məsafə maneələrini aşır. Siz tələbələr vasitəsilə üfüqlərinizi genişləndirməklə və bir çox iş kontekstlərində çox önəm verilən dəyərli mədəniyyətlər, təcrübələr qazanmaqla müxtəlif mədəniyyətlər barədə daha çox şey öyrənməlisiniz.

 

6. Öz müdiriniz olursunuz

Xüsusən də, tam günlük onlayn tədris etməyi planlaşdırırsınızsa, öz cədvəlinizi və məvacibinizi müəyyənləşdirməkdə tam sərbəstsiniz.

Nə vaxt və hansı müddətdə işləməyi təyin edən yeganə şəxs özünüzsünüz. Belə ki, azadlığı hər şeydən üstün tutan birisinizsə, onlayn tədrisetmə sizin üçün ideal karyera yolu ola bilər!

 

7. Ofisdə diqqət yayındıran şeylərdən uzaq olursunuz

Bir çox müasir şirkətlər üçün açıq konseptli ofislər bir standarta çevrilib. Lakin bu hamı üçün keçərli deyil. Bu məqaləni oxuyanlardan introvert olan varmı?

Ofis və ya məktəbdə işləmək hədsiz dərəcədə diqqət yayındıra bilər; iş yoldaşları söhbət edirlər, telefonla danışanlar olur və ya sizdən təcili olaraq nəyəsə baxmağı xahiş edirlər. Onlayn tədis edərkən özün üçün işləyirsən və iş mühitini özün seçirsən, bu da məhsuldar olmağı sürətləndirir.

 

8. Onlayn tutorlar öz təsir sahələrində dahada professionallaşır

Onlayn müəllim olduğunuz zaman öz həvəsinizi bütün dünya ilə paylaşmalı olursunuz. Onlayn tədrisetmə işi mükafatlandırıcı işdir, bu işin hər bir saatı sizi öz arzu və təşəbbüslərinizə bir addım da yaxınlaşdırır.

Onlayn tədris edərkən sizinlə birgə işləyən insanların həyatlarına ciddi təsir edən faydalı bir bacarıq paylaşırsınız. Məsələn, kimsə, nəhayət, köçdüyü ölkədə, yaxud daxil olduğu kollecdə digərləri ilə ünsiyyət qura bilir – hamısı sizin köməyinizlə.

 

9. Onlayn dersler tələbələrə istənilən yerdən qoşulmağa şərait yaradır

Onlayn tədrisetmənin başqa bir böyük üstünlüyü var. Əyani tədrisdən fərqli olaraq, məsafə önəm daşımır. Bu o deməkdir ki, öz tədris bacarıqlarınızı daha çox sayda perspektivli tələbələrlə paylaşmalı olursunuz. Artıq öz doğma vətəninizdə sizin əməyinizə ehtiyacı ola biləcək limitli sayda insanlardan asılı olmadığınıza görə, dünyanın istənilən nöqtəsində olan hər hansı bir şəxsə müəllimlik edə bilərsiniz.

Bu, xüsusilə də onlayn platformada tədris etdiyiniz zaman özünü doğruldur. Onlayn tədris platforması ilə çalışdığınız zaman ən çox sevdiyiniz bir şey üzərində diqqətinizi cəmləşdirməlisiniz: dərs keçmək. Rezerv, ödəniş, marketinq, tanıtım və digər məsələlərdən narahat olmayın.

 

10. Öyrətmə metodlarını sınaqdan keçirirsiniz

Onlayn tədrisetmə üsulunu bilmək həmişə asan olmur, lakin ənənəvi dərs keçməkdən fərqli olaraq, onlayn dərs keçmək sizə öyrətmə təcrübənizi yoxlama sərbəstliyi verir.

Onlayn tədrisetmə ilə müxtəlif növ öyrətmə, planlaşdırma strategiyalarını yoxlamaq, daha cəlbedici və fərqli dərslər keçmək imkanınız olur. Məsələn, tarix öyrənmək üçün  bir virtual muzey təşkil etmək düşünə bilərsiniz, yaxud tam fransız dilində bir “kulinariya dərsi” təşkil edə bilərsiniz. Musiqidən, videolar və oyunlardan istifadə edə bilərsiniz, həmçinin, daha çox fərdi və xüsusi dərslər planlaşdıra bilərsiniz (yəqin ki, onlayn tədris edərkən daha çox fərdi və ya ya kiçik qruplarda işləmək istəyirsiniz).

Sizə məktəbin və ya dövlətin kurrikulumu məhdudiyyəti verilmir, tələbənizin ehtiyacları və məqsədlərinə düzgün şəkildə yönəlməyinizə şərait yaradır.

 

Hal-hazırda onlayn tədris etməyə hazırsınızmı?

Necə onlayn müəllim olmaq olar sualı sizi maraqlandırırsa, proses çox sadədir. Onlayn tədrisetmənin bir çox faydalarını yoxlamağa başlamaq üçün müstəqil şəkildə dərs keçməyə başlayın və ya onlayn tədris platformalarından birində qeydiyyatdan keçin.

Bu faydaları yekunlaşdırsaq, onlayn tədris aşağıdakılara yol açır:

  • İstədiyiniz zaman, istədiyiniz yerdə işləyin, işiniz daha da sərbəst olsun.
  • Bacarıqlarınızı inkişaf etdirin və faydalı tədrisetmə təcrübəsi qazanın.
  • Çox zövq aldığınız bir işlə məşğul olun və digər insanların həyatında müsbət təsir yaradın.
  • Öz müdiriniz olun və ənənəvi iş mühitində işdən diqqəti yayındıran şeylərdən uzaq olun.
  • Əvəzolunmaz mədəniyyətlərarası təcrübələr qazanmaqla yanaşı gəlirlərinizi artırın.
  • Yeni tədris metodologiyalarını yoxlayın və sizə məxsus unikal dərs stili müəyyən edin.
  • Admin və marketinq sizin qayğınıza qalarkən siz də diqqətinizi tədrisdə cəmləşdirin.

Əlavə: Onlayn tədris səyahətinə başlamazdan öncə, özünüzdən soruşmağı unutmayın – “Mən nə üçün onlayn dərs keçmək istəyirəm?” Tədrisə davam etdikcə, cavabı göz önündə saxlayın. Sizə aid olan “niyə”ni anlamaq işlər bir az çətinləşdikcə sükanı saxlamağa yardım edəcək. Uğur olsun!

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir