- Language Mag - https://language.az/ru -

Azərbaycan dili , Zərf

Hərəkətin zamanını, tərzini, yerini, miqdarını, səbəbini bildirən əsasa  nitq hissəsi zərf adlanır.

Zərflər nəcə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? harada? nə qədər? neçə? niyə?nə üçün? və s. suallara cavab olur.

Bəzi zərflər başqa nitq hissələri ilə(isim,sifət, say, qoşma) ortaqlı sözlərdən ibarətdir. Ona görə də bu və ya digər sözün zərf olduğunu müəyyən etmək üçün həmin sözün felə aid olub – olmamasını yoxlamaq lazımdır. Məsələn, gecə, gündüz, səhər, axşam yerindən asılı olaraq həm isim, həm də zaman zərfi; yaxşı, pis sözləri sifət və zərf; az, çox, xeyli, bir qədər, bir az və s. qeyri – müəyyən say və miqdar zərfi: əvvəl, sonra, bəri, qabaq, ireli və s. qoşma və zərf olur.

Zərflər felin təsriflənməyən formalarına da aid ola bilir: O, ucadan danışmağı (məsdər) sevmirdi. İt birdən hürdüyü (feli sifət) üçün uşaq qorxdu. O, qəhrəmancasına döyüşərək (feli bağlama) həlak olmuşdu.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.