Print

Qoşmaların yazılışı. Sinonim qoşmalar

70 лайков 2 комментария

Qoşmaların əksəriyyəti qoşulduğu sözdən ayrı yazılır.

  • İlə qoşması saitlə bitən sözlərə qoşulanda ayry yazılır, samitlə bitən sözlərə qoşulanda isə həm bitişik (-la), həm də ayrı yazıla bilir. Məsələn, atamla, Elçin ilə- Elçinlə və s.c
  • can2, -dək qoşmaları qoşulduğu sözlərə həmişə bitişik yazılır.Məsələn, evəcən, evədək, körpüyədək, göləcən və s.

Sinonim qoşmalar

Bir çox qoşmalar bir-biri ilə sinonimdir. Cümlədə onlardan birinin əvəzinə digərini işlətmək olar. Məsələn, O, tülkü hiyləgərdir cümləsindəki kimi qoşmasının yerinə onun sinonimi olan tək qoşmasını da işlətmək olar.

Bir-biri ilə sinonim olan qoşmalar aşağıdakəlardır:

  1.  Adlıq və yiyəlik halla işlənənlər: kimi — tək (bəzən də qədər). Məsələn, sənin kimi- sənin tək, quş  kimi — quş tək, gündüzlər kimi (qədər) və s.
  2. Yönlük halla işlənənlər: (qədər — kimi _dək-(can-); sarı — tərəf — doğru. Məsələn,
  • məktəbə qədər
  • məktəbə kimi
  • məktəbədək
  • məktəbəcən
  • evə sarı
  • evə tərəf
  • evə doğru

Çıxışlıq halla işlənənlər: əvvəl — qabaq; qeyri- başqa — savayı. Məsələn,

  • məndən əvvəl
  • məndən qabaq
  • səndən qeri
  • səndən başqa

Bunlardan əlavə ilə — ca2; qədər — ca2; görə-ca2 ,üçün- ötrü-görə qoşmaları da sinonimdir. Məsələn, yol boyu ilə — yol boyunca; dəryaca- dərya qədər; sözün mənasına görə növləri — sözün mənaca növləri; validəynlər üçün — valideynlərdən ötrü, mənim üçün — məndən ötrü-mənə görə.

Вам может понравиться

loading...

2 comments

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *