Print

Digər nitg hissələri ilə ortaq olan qoşmalar

11 лайков Şərh yazmaq

Bəzi qoşmalar başqa nitg hissələri ilə ortaq sözlərdən ibarətdir. Bunlar aşağıdakılardır:

  1. Tərəf – İsim və qoşma kimi işlənir. Məssələn, Hər tərəf (isim) aydınlıq içində idi. Qadın maşına tərəf (qoşma)gedirdi.
  2. Qarşı, qeyri, əlavə, özgə, başqa – Sifət və qoşma kimi işlənir. Məsələn, Qarşı (sifət) tərəf susmuşdu. Sənə qarşı(qoşma) ürəyimdə kin yoxdur. 
  3. Tək, doğru, qabaq – Sifət, zərf və qoşma kimi işlənir. Məsələn, Tək(zərf) oturmaq istəmirdi. Müəllim onu tək (sifət) ayağı üstündə saxlatmışdı. O, sənin tək (qoşma) mehriban idi. 
  4. Sonra, əvvəl, bəri – Zərf və qoşma kimi işlənir. Məsələn, Bir müddət sonra (zərf) sən səhvini anlayacaqsan. Səndən sonra (qoşma) onun üzü gülməmişdi.
  5. Sarı – Fel, sifət və qoşma kimi işlənir. Məsələn, Həkim yaranı sarımışdı (fel). Sarı (sifət) gülləri çox sevir. Elşən evə sarı (qoşma) tələsirdi.
  6. Kimi – Qeyri- müəyyən əvəzlik və qoşma kimi işlənir. Məssələn, Kimi (qeyri – müəyyən əvəzlik) əziyyət çəkir, kimi  kef çəkir. Sənin kimi (qoşma) mehriban insan tanımıram.

Üçün, ötrü, savayı, görə, -dək, -can2haqqında, haqda, barəsində, barədə yalnız qoşma kimi işlənə bilən sözlərdir.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

4.6/5 - (7 голосов)

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: